Tural Dadaşov, özü də Bakıdan…
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Bu axşam Avropa kuboklarındakı yeganə təmsilçimiz “Qarabağ” “Benfika” önünə çıxacaq. Artıq xəbər verdiyimiz kimi, “köhlən atlar”ın ÇL-də səfər oyununu İTV yayımlayacaq.
Bəs oyun Bakıdan, yoxsa Lissabondan şərh olunacaq? İTV Portuqaliyanın paytaxtına şərhçi göndəribmi? Bu məqamı kanalın İdman Departamentinin rəhbəri Kənan Hakimovla dəqiqləşdirdik. Bəlli oldu ki, oyunu Tural Dadaşov, özü də Bakıdan şərh edəcək.
Qeyd edək ki, “Qarabağ” “Ferentsvaroş”la səfər oyununa da təyyarədə yer olmadığı üçün “CBC Sport”un şərhçisini aparmamışdı. Çox maraqlıdı…
Xatırladaq ki, oyun Bakı vaxtı ilə 23.00-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:94
Bu xəbər 16 Sentyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















