Icma.az
close
up
RU
Turan Tovuz Nizami Sadıqovun yubileyini belə qeyd etdi FOTO

Turan Tovuz Nizami Sadıqovun yubileyini belə qeyd etdi FOTO

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Tovuz futbolunun əfsanələrindən olan Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub.

Fanat.Az xəbər verir ki, ardıcıl olaraq 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan Nizami Sadıqovun yubileyi münasibəti ilə "Turan Tovuz" PFK  turnir təşkil edib.   

Turnirdə “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər. İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar. 3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. 
Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub. Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb. 

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. “Ədalətli oyun” mükafatını “Gəncə” komandasının baş məşqçisi İntiqam Səmədova "Turan Tovuz" Futbol Akademiyasının koordinatoru Ülfət Mədətov, turnirin “ən yaxşı hakimi” mükafatını  Tural Əliyevə akademiyanın koordinator köməkçisi Elxan Abdıyev, turnirin “ən sərrast futbolçusu” mükafatını “Turan Tovuz”un üzvü Tunar Namazova "Turan Tovuz"un Uşaq Futbolunun İnkişafı üzrə direktoru Eltay Aslanov, turnirin “ən yaxşı qapıçısı” mükafatını  “Turan Tovuz”un futbolçusu Vidadi Kərimliyə Nizami Sadıqov, tunirin “ən yaxşı oyunçusu” mükafatını isə “Kəpəz”in üzvü Hüseyn Əzizova "Turan Tovuz" PFK-nın İH sədrinin müavini Əli Balakişiyev təqdim edib. 

“Azəri”, “Kəpəz” və “Turan Tovuz”un bütün futbolçuları müvafiq medallarla təltif olunduqdan sonra baş mükafat – kubok yubilyar Nizami Sadıqov tərəfindən “Turan Tovuz”un müvafiq yaş qrupu üzrə komandasının kapitanına təqdim edilib.

Sonda veteran futbolçunun yubileyi münasibəti ilə ziyafət təşkil olunub, ona "Turan Tovuz"un 60 nömrəli forması hədiyyə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri