“Turan Tovuz”un yeni akademiyasıyla bağlı növbəti xəbər klub rəsmisi açıqladı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, “Turan Tovuz”un inşa etdiyi yeni akademiya binasının açılış mərasimi keçiriləcək.
Artıq tədbirin baş tutacağı tarix dəqiqləşib. Bu barədə “Football-plus.az”a klubun İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev məlumat verib:
“Tovuzdakı bazamızın nəzdində, “Huner Group”un öz şəxsi vəsaiti hesabına tikdirdiyi akademiya binasının açılışı martın 15-də olacaq”.
Xatırladaq ki, tədbirdə AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri, Tovuz təmsilçisinin rəhbərliyi və böyük ehtimalla, Peşəkar Futbol Liqasının rəhbərliyi iştirak edəcək. Həmin gün Tovuz şəhər stadionunda “Kəpəz” – “Qarabağ” matçı da keçiriləcək.
KƏNAN BAHADIR
Baxış sayı:57
Bu xəbər 22 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















