TuranBankda da problem yarandı DETALLAR
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"TuranBank" ASC-nin kart əməliyyatlarında texniki problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda bankın kart xidmətlərində müşahidə olunan nasazlıq səbəbindən bəzi müştərilər hesablarından səbəbi izah olunmayan silinmələrin baş verdiyini bildirirlər.
İstifadəçilərin sözlərinə görə, kart hesablarında müəyyən məbləğlərin çıxılması və balansda uyğunsuzluqlar müşahidə olunur. Məsələ ilə bağlı sosial şəbəkələrdə də çoxsaylı paylaşımlar edilib, vətəndaşlar kart əməliyyatlarında yaranan problemə aydınlıq gətirilməsini istəyiblər.
İlkin məlumata görə, sözügedən hal texniki nasazlıqla əlaqədardır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparıldığı bildirilir.
Müştərilərə kart hesablarında baş verən dəyişiklikləri diqqətlə izləmələri, şübhəli silinmə və ya uyğunsuzluq halları ilə qarşılaşdıqları təqdirdə bankın müştəri xidmətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
Qeyd edək ki, texniki problemin nə vaxt tam aradan qaldırılacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Murad İsmayıl
Baxış sayı:131
Bu xəbər 24 İyun 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















