Icma.az
close
up
RU
Turizm potensialımızdan niyə istifadə edə bilmirik? ARAŞDIRMA

Turizm potensialımızdan niyə istifadə edə bilmirik? ARAŞDIRMA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya turzim sektoru inkişaf etməkdə davam edir.

Ölkələrinin təbliği ilə yanaşı iqtisadi gəlirlərini daha da artırmağa çalışan bir sıra ölkələr turist cəlbini artırmaq üçün müxtəlif layihələrlə çıxış edirlər.

Bu istiqamətdə həyata keçirilən tədbirin nəticəsidir ki, ilbəil turist sayı artır və bəzi ölkələr turizm ölkəsi kimi bir status əldə ediblər. 2025-ci ildə də dünyada turistlərin sayında artım nümayiş olunub.

BMT Turizm Təşkilatının məlumatına görə, ilin birinci yarısında beynəlxalq turist sayı 690 milyona çataraq 2024-cü illə müqayisədə 5 faiz artıb. Cari ildə tursit artımı ilə rekord əldə edənlərin sırasına yeni bir ölkə daxil olub ki, bu da qonşu Gürcüstandır.

Belə ki, Gürcüstan bu ilin yanvar-sentyabr aylarında 4.3 milyondan çox xarici turist qəbul edərək rekord qırıb. Ümumilikdə isə BMT-nin cari il sonu turizm hesabatı açıqlanmadığına görə, 2024-cü ilin hesabatına əsasən ilk sırada  102 milyon ziyarətçi ilə Fransa yer alıb.

İkinci yerdə isə 93,8 milyon ziyarətçi ilə İspaniya qərarlaşıb. Daha sonra 72,4 milyon ziyarətçi ilə ABŞ, 60,6 milyon ziyarətçi ilə isə Türkiyə, 57,7 milyon ziyarətçi İtaliya qərarlaşıb. 

Qeyd edək ki, 2024-cü ildə 4-cü yerə yüksələn Türkiyə, 2025-ci ildə də əhəmiyyətli sayda turist cəlb etməyə davam edib və ziyarətçi sayı 51,2 milyon nəfər təşkil edib.

Bildirilib ki, bu dövrdə turizm gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % artaraq 50 milyard dollara çatdı. Bu, bütün dövrlərin doqquz aylıq gəlir rekordunu təmsil edir. 2017-ci ildə dünyada ən çox turist cəlb edən ölkələr arasında 8-ci yerdə olan Türkiyə 2024-cü ildə 4-cü yerə yüksəlib. 

Bugünlərdə isə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, ölkənin 2025-ci il etibarilə kruiz turizmində əldə etdiyi yeni rekord səviyyəni açıqlayıb:

"Yanvar-noyabr ayları arasında Türkiyə limanlarına 1 347 kruiz gəmisi lövbər salıb və 20 973 63 sərnişin gəlib. Bu da Türkiyəni qlobal miqyasda ən sürətlə böyüyən kruiz turizmi məkanlarından birinə çevirdi. 2025-ci il kruiz turizmi üçün rekord il oldu.

2 milyon sərnişini aşan həcmə çatmaq, Türkiyənin beynəlxalq kruiz marşrutlarında ən çox seçilən ölkələrdən birinə çevrildiyini göstərir. “Türk əsri” vizyonu ilə həyata keçirdiyimiz işlər dəniz turizmində keyfiyyət artımını sürətləndirdi”. 

2025-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycana 2,17 milyon turist gəlib ki, bununla da keçən ilin eyni dövrünə nisbətən 1,7 % azalma müşahidə edilib.

Yay mövsümündə də (iyun-avqust) turistlərin sayı 5,3 % azalıb (740,7 min nəfər), lakin Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrdən artım qeydə alınıb, Rusiyadan isə azalma müşahidə olunub. Ümumilikdə, ən çox turist Rusiya, Türkiyə, Hindistan, Səudiyyə Ərəbistanı və Qazaxıstandan gəlib, 36-45 yaş arası turistlər daha üstünlük təşkil edib. 

Göründüyü kimi cari ildə ölkəmizə 2 milyon gəldiyi bildirilir ki, bu rəqəm Türkiyədə yalnız kruiz turizmindən əldə edilib. Ölkəmizdə turizmin inkişafı istiqamətində yalnız hansısa başqa ölkədə keçirilən sərgidə iştirak etmək, yaxud tur şirkətlərinin bölgələrə səfəri turizm inkişafında o qədər də rol oynamır.

Bunun üçün turizmin inkişaf etdiyi ölkələrin, o cümlədən qonşu Türkiyə, Gürcüstanın bu sektorda hansı faktorlarla irəliləyiş əldə etdiklərini, turist cəlbində hansı amillərin əsas rol oynadığını öyrənmək çox önəmlidir. Əks təqdirdə ölkədə turist sayında 2 milyon turist sayını keçə bilməyəcəyik. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri