Icma.az
close
up
RU
Türk birliyi: vahid gücün zirvəsi

Türk birliyi: vahid gücün zirvəsi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türk dövlətlərini ortaq etnik köklər, mədəniyyət və ənənələr birləşdirir. Dünyanın hansı tərəfində yerləşməsindən asılı olmayaraq bu uyğun, yaxın, bəzənsə oxşar cəhətlər onları bir araya gətirir. Bu mədəniyyət, ənənə və dəyərlər toplusu türk xalqlarının gücüdür. Dövlətimizin başçısı İlham Əliyevin də vurğuladığı kimi, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial Türk Dövlətləri Təşkilatını qlobal arenada vacib aktora çevirir.

TDT-nin rəsmi görüşləri ilə yanaşı, qeyri-rəsmi görüşlərinin də artıq ənənə halını alması birliyin gücünü daha da artırır. Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir daha təsdiq etdi ki, belə görüşlər türk dünyasını birlik və həmrəyliyin zirvəsinə aparır.

Azərbaycanın sülh gündəliyi

Azərbaycan sülh və əmin-amanlığın, sabitliyin tərəfdarı olan bir dövləti kimi nəinki TDT-nin görüşlərinə, bütün dünyaya bu gün sülh gündəliyi təqdim edir. 30 il torpaqları işğal altında olan, 30 ilin o başında da, bu başında da müharibə ilə üz-üzə qalan, minlərlə soydaşı yurd-yuvasından məcburi şəkildə qovulan ölkə bütün bu çətinlikləri geridə qoyub, uzun illərin mübarizəsinin nəticəsi olaraq 2020-ci və 2023-cü ildə əldə etdiyi böyük Zəfərlərdən sonra təbii ki, dünyaya sülh gündəliyi təqdim edəcək. Bu gündəlikdə sülhün və sabitliyin hər şeydən vacib olduğunu, ölkələrin ayrı-ayrılıqda inkişafının, birlik və həmrəyliyinin yalnız sabitliklə mümkün olduğunu bəyan edir. Dövlət başçısının da dediyi kimi: TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Prezident İlham Əliyevin Zirvə toplantısında təhlükəsizliklə bağlı dəyərli fikirləri də sülh gündəliyinin məqamlarıdır: Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.

Türkün dostu türkdür!

Türk dövlətləri əsasən Asiyada və Şərqi Avropada yerləşir. Bu gün dünyada rəsmi olaraq 6 müstəqil türk dövləti mövcuddur. Onlardan beşi – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan SSRİ dağılandan sonra 1991-ci ildə, Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib. Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb. 2005-ci ilin məlumatlarına görə dünyada türk dillərində danışan əhalinin ümumi sayı 200 milyondan çoxdur.

200 milyondan çox insanı bir-birini anladığı ortaq dil, yuxarıda da qeyd etdiyimiz kimi, mədəniyyət, tarix, ənənə və dəyərlər birləşdirirsə, deməli, bu, böyük gücdür. Bunu da tarix sübut edib ki, türkün ən yaxın dostu elə türkdür. Çünki onları bir dəyər birləşdirir və bu dəyərlər, hörmət, sayğı əmin-amanlığı və sülhü də təmin edir. Bu baxımdan türk dövlətlərinin bir araya gəlməsi, birlik və həmrəylik nümayiş etdirməsi dünyaya da bir mesajdır. Təbii ki, türkün böyüklüyünü, gücünü göstərmək və türkün ən yaxşı dostunun türk olduğu baxımından.

Bu dostluğu Azərbaycan xalqı olaraq hər zaman həyatımızda hiss etmişik və görmüşük. Türk dövlətləri 30 il torpaqlarımız işğal altında olanda da, qazandığımız böyük Zəfər zamanı da həmişə yanımızda olub. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan bərpa işlərində də yanımızdadırlar. Azad torpaqlarımızın yenidən çiçəklənməsinə, soydaşlarımızın ata-baba yurduna qayıtmasına onların hər birinin özünəməxsus töhfəsi var. Dövlətimizin başçısı da Zirvə görüşündə bu məsələyə münasibət bildirdi: ...Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Söz yox ki, Azərbaycan da qardaş və dost türk dövlətlərinin hər hansı birindəsə problem baş verəndə, oraya ilk yardım göndərən, kömək edən ölkə olub. Bütün bunlar müasir dövrdə qarışıq vəziyyətdə olan dünyaya da bir nümunədir. Dövlətlərin bir-biri ilə sülh şəraitində yaşamasından, bir-birinə yardımından, eyni zamanda hörmət və qayğısından gözəl nə ola bilər ki?..

Zəngəzur dəhlizi türk dünyasının qapısı olacaq

Bu dəhlizin nə qədər böyük əhəmiyyətə malik olduğunu artıq bütün dünya dərk edir. Dövlətimizin başçısı hələ İkinci Vətən müharibəsi bitən gün imzalanan üçtərəfli Bəyanata 9-cu bəndi-Naxçıvanla Azərbaycanın qərb rayonları arasında quru yol əlaqəsinin yaradılması ilə bağlı bəndi saldırmışdı. Ermənilər bu öhdəliyi həyata keçirməsələr də, artıq Zəngəzur dəhlizi həyata vəsiqə ala bilib və yaxın gələcəkdə reallaşmasına bütün dünya şahid olacaq.

Zəngəzur dəhlizinin açılmasının böyük geosiyasi və iqtisadi əhəmiyyəti Azərbaycanın Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi deməkdir. Dəhliz Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan da qoşularsa, bölgədə beştərəfli yeni əməkdaşlıq platformasının yaradılması, Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir.

Dövlətimizin başçısının da Zirvə görüşündə dediyi kimi: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır... Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, türk birliyi vahid gücün nə olduğunu dünyaya göstərməkdir. Bu, ümumilikdə dünyaya, eyni zamanda mədəniyyəti, tarixi, dəyərləri eyni və oxşar olan digər dövlətlərə də nümunə gücündədir.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri