Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Türk Dünyası Sığorta Birliyinin Türkiyənin Qaziantep şəhərində keçirilən 2-ci Assambleyasında Birliyin yeni sədri və baş katibi seçilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZXEBER.COM-a verilən məlumata görə, Türkiyə Sığorta Assosiasiyasının sabiq sədri Atilla Benlinin namizədliyi Birliyin sədri vəzifəsinə irəli sürülüb.
Səsvermənin nəticələrinə əsasən, A. Benli yekdilliklə yeni sədr seçilib.
Assambleyada Türk Dünyası Sığorta Birliyinin baş katibi vəzifəsinə isə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri Məmməd Ağayevin namizədliyi irəli sürülüb. Təsisçilərin səsverməsi nəticəsində onun namizədliyi də yekdilliklə qəbul edilib.
Tədbir çərçivəsində Birliyin 3-cü Assambleyasının 2027-ci ildə Özbəkistanda keçirilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci ildə Azərbaycan və Türkiyənin sığorta assosiasiyalarının birgə təşəbbüsü ilə təsis edilib. 2025-ci ildə Azərbaycanın Şuşa şəhərində keçirilən 1-ci Assambleyada isə Birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 10 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















