Icma.az
close
up
RU
Türk dünyasını birləşdirəcək layihənin təməli qoyuldu

Türk dünyasını birləşdirəcək layihənin təməli qoyuldu

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. 

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır: 

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq”. 

Ölkə başçısı bildirib ki, birgə həyata keçirilən enerji layihələri eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi: 

“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”. 

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı ölkə ictimaiyyəti tərəfindən önəmli hadisə kimi qarşılanıb. 

Millət vəkili Azər Badamov “Cümhuriyət”-ə bildirib ki, İğdır -Naxçıvan qaz boru xəttinin açılışı həm Naxçıvanı mavi yanacaqla təmin edilməsi, həm də türk dünyasının birləşməsi baxımından böyük əhəmiyyətə malik hadisədir: 

“Dövlət başçımız açılış mərasimində həm də 1920-ci ildə Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi məsələsinə toxundu. Təbii ki, Zəngəzurun Azərbaycandan alınaraq Naxçıvanı Azərbaycandan fiziki olaraq ayrı salması türk dünyası arasında bir fiziki bağlantının kəsilməsi idi. Bu məsələnin türk dünyasının birliyinin güclənməsindən yaranan qorxudan irəli gəldiyini hesab edirəm. Amma dövlət başçılarımızın uzaqgörən siyasəti türk dünyasını yenidən birləşdirilməsinə söykənib. Bu gün İğdır- Naxçıvan qaz boru kəməri istifadəyə verilib. Yaxın gələcəkdə isə Türkiyənin dəmir yolları və elektrik xətləri ilə də Naxçıvana birləşəcək. Bu, həm də Naxçıvanın blokadadan çıxmasına imkanlar qazandırır.

Çəkilən xətlər Naxçıvanla Türkiyə arasında yeni birləşmə bağları yaratsa da, bu nəql marşrutları Zəngəzur dəhlizi açılandan sonra bütün türk dünyası üçün əhəmiyyətli layihələrə çevriləcək. Çünki Zəngəzur dəhlizi vasitəsilə dəmir və avtomobil yolları, elektrik və qaz boru xətlərinin də çəkilməsi planlaşdırılır. Bununla da Mərkəzi Asiya ölkələrində istehsal olunan qaz və yaşıl enerjinin də Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Naxçıvanla Türkiyə arasında yaradılan kommunikasiyalar vasitəsilə Avropa bazarlarına çıxarmaq imkanı reallaşacaq. Zəngəzur dəhlizinin açılması isə Azərbaycan və Türkiyənin başlıca məqsədlərindəndir. Bu baxımdan, Türkiyə ilə Azərbaycan arasında yaradılan nəqliyyat kommunikasiyaları bu gün Naxçıvanın təminatı üçün olduğu görünsə də, gələcəkdə türk dünyasını birləşdirəcək layihələrə çevriləcəyinə şübhəmiz yoxdur”. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: Ankarada İğdır-Naxçıvan qaz Millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri