Icma.az
close
up
RU
“Türk Şengeni” yaradılır

“Türk Şengeni” yaradılır

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə ərazisində yaşayan türk soylu xalqların nümayəndələri üçün imzaladığı qərar Şengen vizasına oxşar, ona bənzər bir sistem kimi qəbul edilə bilər. Düzdür, burada söhbət ölkələrarası sərbəst gediş-gəlişdən çox, əmək və peşə hüquqları üçün imkanlar yaradılmasından gedir. Bütün halda məlum qərar olduqca əhəmiyyətli, türk dünyası arasında inteqrasiyanı daha da sürətləndirəcək bir addımdır”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk əsilli şəxslərin Türkiyədəki statusu haqqında sərəncamını şərh edərkən deyib.
İctimai birlik sədri qeyd edib ki, sözügedən sərəncam Türkiyə ərazisində yaşayan türk soylu xalqlara bir sıra üstünlüklər verir:
 

“Belə ki, onlara Türkiyədə işləmək və peşə icrası hüququ verir. Məlumat üçün qeyd edim ki, bəzi Şengen ölkələri də vizaya əsaslanaraq iş icazəsi də verir. Bu qərar həm də türk dövlətləri arasında mədəni və iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək. Nəticə etibarilə digər türk dövlətləri ilə Türkiyə arasında ortaq kimlik güclənəcək. Əgər Türkiyənin bu qərarı Türk Dövlətləri Təşkilatı (TDT) daxilində digər üzv ölkələr tərəfindən də tətbiq olunarsa, bu zaman “Türk Şengeni” kimi işləyə biləcək bir sistem formalaşar. Bu, türk dünyası üçün strateji dərinliyi olan tarixi addım ola bilər”.


ATXƏM sədri deyir ki, Türk Şengeni qurulsa, ortaq elektron viza sistemi, Türk dövlətləri arasında diplom və sənəd tanınması, əmək icazələrinin qarşılıqlı tanınması, təhsil mübadiləsi və ortaq universitetlərin yaradılması, mədəni və texnoloji pasportların tətbiqi (məsələn, ortaq “Türk kimlik kartı”) kimi məsələlər də qısa müddətdə reallaşa bilər”.
İlham İsmayılovun sözlərinə görə, bu kimi qanunvericilik addımları təkcə türk dövlətləri və türk soylu icmalar arasında mədəni, sosial və iqtisadi bağları gücləndirmir, eyni zamanda insanlar iş, təhsil və yaşayış baxımından daha çox seçimlərə malik olurlar:
“Xarici türk işçilərinin, peşəkarların Türkiyəyə axını iş gücü resurslarını genişləndirə bilər, texniki və ixtisaslı işçilərin köçü investisiyaya, layihələrin icrasına və iqtisadi fəaliyyətlərə təkan verər. Bundan başqa Türkiyədə yaşayan türk soylu xalqların nümayəndələrinin “Əcnəbi” statusundan çıxması, hüquqların bərabər olması, sosial hüquqlarda tətbiq edilən ayrı-seçkiliyin azalması deməkdir. Bu, həmçinin türk dövlətlərindən gələn şəxslərin Türkiyədə daha rahat yaşaması üçün bir çərçivə yaradır.
Ümumilikdə, bu qərar Türkiyənin türk dövlətləri ilə strateji əlaqələrini gücləndirmək, türk dünyasında liderlik rolunu artırmaq baxımından önəmli addımdır. Belə tədbirlər həm daxildə, həm də bölgədə Türkiyənin təsirini artırır”.
Qeyd edək ki, Türkiyə Prezientinin imzaladığı sənəd əsasən, türk soylu icmalara aid olan şəxsləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türküstan, Ahıska, Qaqauz, Krım kimi icmalar əhatə edir.
Bu şəxslərə Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra etmək, dövlət və ya özəl sektorda işə qəbul imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Bundan sonra Türk soylular Türkiyədə “əcnəbi” kimi deyil, öz vətənlərindəki kimi yaşama, işləmə imkanına sahib olacaqlar.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Oktyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri