Türkiyədə 14 fərqli komandada forma geyinən nigeriyalı futbolçu saxlanıldı Dələduzluğa görə
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Türkiyədə vaxtilə 14 fərqli komandada forma geyinən və vəətndaşlıq alaraq adını "Arda"ya çevirən nigeriyalı futbolçu Uçe Odimba saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dələduzluqda ittiham olunaraq İstanbulda qandallanıb.
İstanbul polisindən bildirilib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra "Arda" adını alan nigeriyalı futbolçu Uçe Odimba "telefon fırıldaqçılığı" ilə 2,5 milyon lirə "qapazlayıb": "Bundan başqa, o, saxta şəxsiyyət vəsiqəsi və sənədlərdən istifadə edərək, birinin mirasını ələ keçirib. Bu səbəblərdən Odimba İstanbulda saxlanılıb".
Məlumatda deyilir ki, məhkəmə onun barədə həbs tədbiri seçib: "O və dələduzluq əməlindəki 3 ortağı haqda məhkəmə həbs qəarı çıxarıb".
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Yanvar 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















