Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub YENİLƏNİB AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 22 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Muğla şəhərinin Menteşe rayonunda təcili tibbi yardım helikopterinin qəzaya uğraması ilə bağlı ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, məlumatda hadisə zamanı ikisi pilot, biri həkim, biri isə səhiyyə işçisi olmaqla, Səhiyyə Nazirliyinin dörd əməkdaşının həlak olduğu bildirilir.
Açıqlamada deyilir: “Nazirliyimizə aid təcili tibbi yardım helikopteri havaya qalxan zaman Muğlanın Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılaraq boş əraziyə düşüb.
Hadisə ilə bağlı araşdırma davam edir, ictimaiyyətə zəruri məlumat veriləcək”.
12:10
Türkiyənin Səhiyyə Nazirliyinə aid təcili tibbi yardım helikopteri Muğla şəhərində qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, hadisə helikopterin Muğlanın Menteşe rayonunda yerləşən Sıtkı Koçman adına Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılması nəticəsində meydana gəlib.
Helikopter xəstəxananın həyətinə düşüb. Bölgəyə müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Ölən və ya yaralananlarla bağlı hələlik məlumat yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















