Icma.az
close
up
RU
Türkiyəli ekspertdən SENSASİYA: “Ankara Ermənistanla sərhədin açılmasını təxirə sala bilməz, çünki…” KONKRET

Türkiyəli ekspertdən SENSASİYA: “Ankara Ermənistanla sərhədin açılmasını təxirə sala bilməz, çünki…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. 5 il keçməsinə baxmayaraq bu bəyanatın sülhə çevrilməməsi hər an müharibə riskini yaxınlaşdırır. Eyni zamanda Sərkisyan və Köçəryan Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsini arzulayır.“

Bu fikirləri KONKRET.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay səsləndirib.

Hasan Oktay

“1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Türkiyə üç Cənubi Qafqaz ölkəsinin – Gürcüstan, Ermənistan və Azərbaycanın müstəqilliyini tanıdı və sərhədləri açdı. Gürcüstan və Azərbaycanla diplomatik əlaqələr qurdu. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə görə, irəvanla münasibətlər yaradılmadı.1993-cü ildə Kəlbəcərə hücumuna görə, Ankara Ermənistanla sərhədi bağladı. 10 noyabrda atəşkəslə bağlı sənədin imzalanmasından sonra Türkiyənin sərhəd qapılarını bağlamaq zərurəti aradan qaldırıldı. Bu bəyanatdan sonra Türkiyə Ermənistanla sərhədi açmalı idi. Lakin Ankara Ermənistan və Azərbaycan arasında sülh sazişinin şərtləri formalaşsın deyə, sərhədin açılmasından imtina etdi. Üstündən 5 il keçməsinə baxmayaraq sülh müqaviləsi ilə bağlı hər hansısa addım atılmadığı üçün, Türkiyə sərhədin açılması məsələsini daha çox gecikdirə bilməyəcəyi həqiqəti ilə üz-üzə qalıb”.

Ekspertin sözlərinə görə, rəsmi Ankara 10 oyabr bəyanatından sonra Rusiya, Türkiyə İran, Azərbaycan, Gürcüstan və Ermənistan arasında görüş keçirməyi təklif etdi. Lakin Gürcüstanın Rusiya ilə olan münasibətlərinə görə, bu görüş baş tutmadı:

“Belə olduğu təqdirdə Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlər başladı. Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil etdi. Onlar əvvəlcə Moskvada, Vyanada və sonra İğdırda görüşlər keçirdilər. Vyanadakı görüşdə Türkiyənin Ermənistanla olan sərhəd qapılarını 3-cü ölkə vətəndaşları üçün açması qərarı verildi. Kahramanmaraşdakı zəlzələdən sonra Ermənistan Türkiyəyə yardım göndərmək bəhanəsi ilə Marqara sərhəd qapısının açılmasına nail oldu. Bir müddət öncə rəsmi İrəvan Suriyaya  yardım göndərmək bəhanəsi ilə Marqara sərhəd qapısını 10 günlüyünə açmağı xahiş etdi. Xarici dövlətlər Türkiyəyə Ermənistanla sərhədi açması üçün təzyiq göstərdiyi bir vaxtda, Ankara Azərbaycanla münasibətlərində problem yaranmasını istəmədiyi üçün bu addımı atmır. 2009-cu ildə Sürix protokolları müddətində Azərbaycan və Türkiyə arasında ciddi mənada gərginliklər yaranmışdı. Türkiyə 2009-cu il böhranını nəzərə alaraq, məsələyə indi daha həssas yanaşır. Hazırda Ermənistanda Paşinyan hökümətinin varlığı sülh üçün müsbət zəmin yaradır. Lakin Sərkisyan və Köçəryan faktoru olduğu müddətdə sülh müqaviləsi bağlanmayacaq, terror ünsürləri artacaq. Bu hal həm Türkiyə, həm də Azərbaycan üçün risk yaratmaqdadır.“

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Mart 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri