Icma.az
close
up
RU
Türkiyəli ekspertdən ŞOK: “İsrail hücumda İran daxilindən dəstək alıb” KONKRET

Türkiyəli ekspertdən ŞOK: “İsrail hücumda İran daxilindən dəstək alıb” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İran və İsrail Orta Şərqdə uzun illərdir bir-birinə düşmən münasibəti bəsləyən iki dövlət kimi tanınır. Rəsmi ritorikada düşmən kimi təqdim olunsalar da, bu iki ölkə əslində bir-birinin varlığını qoruyaraq siyasi sabitliklərini təmin edirlər və görünməyən şəkildə dolaylı əməkdaşlıq aparırlar.

İllərdir İran və İsrail arasında baş verən qarşılıqlı hücumlar əsasən xəbərdarlıq xarakterli, öncədən razılaşdırılmış, ABŞ vasitəsilə dolayı yollarla ötürülən siqnallarla müşayiət olunub. Adətən İsrailin hücumundan sonra İran sərt bəyanatlar verir, “intiqam alınacaq”, “İsrail yer üzündən silinəcək” kimi çıxışlar edir, lakin faktiki cavablar cüzi və təsirsiz qalır”.

Bu fikirləri KONKRET.az açıqlamasında Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz səsləndirib.

“Bu dəfə isə vəziyyət fərqlidir. İsrailin son hücumu tarixə düşəcək ölçüdə böyük və genişmiqyaslı olub. Bu hücum ABŞ-ın uzun müddətdir qarşısını almağa çalışdığı bir ssenari idi. Çünki Vaşinqton və Tehran arasında Oman vasitəsilə dolayı danışıqlar aparılırdı. ABŞ prezidenti Donald Tramp İran prezidentinə məktub yazaraq birbaşa görüş təklif etmişdi. İran tərəfi isə yalnız dolayı təmaslara razı ola biləcəyini açıqlamış, lakin nüvə proqramının müzakirə mövzusu olacağını qəti şəkildə bəyan etmişdi. 2025-ci il iyunun 15-də Oman Sultanlığında növbəti görüşün keçirilməsi planlaşdırılırdı. Lakin İsrailin hücumundan sonra Tehran bu görüşü ləğv etdiyini açıqladı.

İsrailin həyata keçirdiyi əməliyyatın çox ciddi kəşfiyyat hazırlığı ilə müşayiət olunduğu aydındır. Tehran, Təbriz, Kirmanşah başda olmaqla, İranın müxtəlif bölgələrində hərbi obyektlər, komandanlıq mərkəzləri və nüvə elmi ilə məşğul olan mütəxəssislər yüksək dəqiqliklə hədəfə alınıb. İsrail Baş naziri Benyamin Netanyahu və Xarici İşlər naziri tərəfindən verilən açıqlamalarda bildirilib ki, İranın hücum gücü tamamilə məhv edilməyincə əməliyyatlar davam edəcək. İran isə növbəti dəfə intiqam və “İsrailin yerlə-yeksan ediləcəyi” ilə bağlı sərt bəyanatlar verib.

“İsrailin bu hücumları həyata keçirərkən İran daxilindən müəyyən dəstək almış olması ehtimalı da istisna edilmir. ABŞ isə bu hücumlarda iştirak etmədiyini və tərəf olmadığını bildirib. Amerikalılar özlərinin hədəf alınmamalı olduğunu vurğulayırlar. Lakin bəzi müşahidəçilərə görə, İsrailin ABŞ dəstəyi olmadan belə bir əməliyyatı gerçəkləşdirməsi çətin görünür.

İsrailin daxili siyasi dairələrində ABŞ və Avropanın onları istənilən halda dəstəkləyəcəyinə dair inam güclüdür. Bildirilir ki, Tramp İsrailin bu hücumunun qarşısını almağa çalışsa da, Netanyahu bu səylərə məhəl qoymayıb. Hazırda Vaşinqtonla Tehran arasında müzakirələr aparıldığı bir vaxtda bu əməliyyat həmin prosesə birbaşa zərbə kimi qiymətləndirilir.Lakin İranın bu hücumları gerçəkləşdirib-gerçəkləşdirməyəcəyi hələlik bəlli deyil. Tarixən İran sərt danışsa da, əməldə eyni sərtliyi göstərməyib”.

Siyasətçi vurğulayıb ki, İsrailin bu hücumu etməsində əsas səbəblərdən biri də ABŞ ilə İran arasında aparılan nüvə danışıqlarının pozulmasına yönəlik gizli müqavimət ehtimalı göstərilir. Yəni İsrail İranı ABŞ-la danışıqlardan çəkindirmək istəyir.

“Bu hadisələrin beynəlxalq ticarətə və xüsusilə də enerji bazarına ciddi təsirlər göstərəcəyi gözlənilir. İran yaxın günlərdə Hörmüz boğazını bağlamaqla hədələyə bilər. Amma 1988-ci ildə İraq-İran müharibəsində belə bu addımı atmağa cəsarət etməmişdi. Çünki Hörmüz boğazının bağlanması ilk növbədə Çin olmaqla bir çox ölkənin neft idxalını iflic edə və bu, İrana qarşı daha sərt cavabların verilməsi ilə nəticələnə bilər. İranın bu addımı atmağa gücünün yetib-yetməyəcəyi böyük sual altındadır.
Gözləntilərə görə, bu münaqişənin böyüməsinin qarşısını almaq üçün Rusiya və Çin də prosesə müdaxilə edərək gərginliyi azaltmağa çalışa bilər. Xüsusilə, Rusiya hazırda Ukrayna müharibəsində İranın dron dəstəyi ilə müəyyən əlaqələr qurduğuna görə Tehranla münasibətləri saxlayır. Amma bu münaqişə davam etsə, İran Rusiyadan daha ciddi dəstək istəyə bilər. Lakin Moskvanın bu dəfə gözlənilən dəstəyi verəcəyi də sual altındadır.
Tehran bu hücumlara nə dərəcədə cavab verəcək , bunu yalnız zaman göstərəcək. Amma zəif cavab ehtimalı da istisna edilməməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri