Icma.az
close
up
RU
Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri məlumat yayıb.

Çin Elmlər Akademiyasının mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu planetin maqnit sahəsindəki dəyişiklikləri araşdırmaq üçün Çinin cənubunda, Lyuçjou şəhəri yaxınlığındakı əhəngdaşı süxurlarını tədqiq edib.

Araşdırma nəticəsində 3,75 milyon il ərzində maqnit qütblərinin istiqamətinin dəyişdiyi 29 dövr müəyyənləşdirilib.

Məlum olub ki, tədqiq edilən dövrün ilk 750 min ilində qütblərin yerdəyişməsi hər milyon ildə beş dəfədən az baş verib. Sonrakı mərhələdə isə bu göstərici kəskin artaraq milyon ildə təxminən 11 dəfəyə çatıb. Başqa sözlə, maqnit qütbləri orta hesabla hər 90 min ildən bir yerini dəyişib.

Alimlər maqnit sahəsindəki dəyişikliklərin sürətlənməsini qədim Pangeya superqitəsinin formalaşması ilə əlaqələndirirlər. Onların ehtimalına görə, okean qabığının soyuq hissələrinin Yer mantiyasının dərinliklərinə çökməsi planetin nüvəsindən istiliyin ötürülmə prosesinə təsir göstərib. Bu dəyişikliklər isə maqnit sahəsinin davranışını dəyişə bilərdi.

Bununla belə, tədqiqatçılar həmin fərziyyənin hələ tam təsdiqlənmədiyini vurğulayırlar.

Tədqiqat zamanı maqnit sahəsinin zəifləməsinin atmosferə mümkün təsirləri də nəzərdən keçirilib. Alimlər belə proseslərin ozon qatının zədələnməsinə və Yer səthinə çatan ultrabənövşəyi şüalanmanın artmasına şərait yarada biləcəyini istisna etmirlər.

Qeyd edək ki, maqnit qütblərinin dəyişməsi coğrafi qütblərin, yəni Yer oxunun yerləşdiyi şimal və cənub nöqtələrinin yerini dəyişməsi demək deyil. Bu, planetin maqnit sahəsinin istiqamətinin tərsinə çevrilməsidir. Hazırkı araşdırma isə belə dəyişikliklərin geoloji keçmişdə hansı sürətlə baş verə bildiyini üzə çıxarır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri