Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ADAU da olub FOTOLAR
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
"Unikal" xəbər verir ki, qonaqla görüşən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və müasir tədris-təcrübə üsulları barədə məlumat verib. Ə.Məlikov Aqrar Universitetin Türkiyənin ali təhsil müəssisələri ilə sıx əlaqədə olduğunu da diqqətə çatdırıb.
ADAU-da olmaqdan məmnunluğunu bildirən Yurdagül Aydoğan xoş qarşılanma üçün minnətdarlığını bildirib.
Görüş çərçivəsində birgə əməkdaşlığın inkişaf etdirilməsi və perspektivdə duran məsələlər müzakirə olunub.
Daha sonra qonaq ADAU-nun laboratoriyaları və yenidən qurulan ADAU TV internet televiziyasının müasir studiosu ilə tanış olub.
Baytarlıq təbabəti fakültəsində olan Yurdagül Aydoğan tələbələrin tədris prosesini izləyib və ADAU-da təhsil alan Türkiyəli tələbələrlə görüşüb. Görüş zamanı tələbələri maraqlandıran məsələlər müzakirə olunub, sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















