Türkiyənin elektrik enerjisinə ehtiyacının 60 faizi bərpa olunan enerjidən təmin edilir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin bərpa olunan enerji üzrə quraşdırılmış gücü ümumi elektrik enerjisi quraşdırılmış gücünün təxminən 60 faizinə çatıb.
Newscenter.az Türkiyə Elektrik Ötürmə A.Ş.-yə (TEİAŞ) istinadən bildirir ki, bu dövrdə Türkiyənin ümumi quraşdırılmış elektrik gücü 116 605 meqavata yüksəlib.
İqlim dəyişikliyi ilə mübarizə və cari açığı azaltmaq üçün daxili qaynaqların istifadəsinə diqqət çəkən Türkiyənin elektrik istehsal portfelində əhəmiyyətli yer tutan təmiz enerji qaynaqları bu gücün təxminən 70 min meqavatını təşkil edib.
Türkiyənin 7 bölgəsində bərpa olunan enerji stansiyalarının sayı 33 min 671 olaraq hesablanıb.
Ölkənin artan əhalisi ilə əlaqədar olaraq daim artan enerji ehtiyacının qarşılanması istiqamətində həyata keçirilən siyasətlər çərçivəsində sənayenin daha da genişləndirilməsi, neft və təbii qaz kimi qalıq yanacaqların idxalından qaynaqlanan cari əməliyyatlar açığının azaldılması istiqamətində görülən işlər, xüsusilə külək və günəş enerjisinə investisiyalar sürətləndirilib.
Anar Əliyev
Baxış sayı:87
Bu xəbər 25 Fevral 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















