Icma.az
close
up
RU
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST Mərkəzi ilə tanış olub

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST Mərkəzi ilə tanış olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daim genişlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə 1 saylı Bakı DOST Mərkəzində keçirilən görüşdə vurğulanıb.

Nümayəndə heyəti mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olub. Onlara DOST Konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq nailiyyətləri barədə məlumat verilib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri nəticəsində qardaş ölkələr arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini, regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilən əlaqələrin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi deyib.

Ötən dövrdə Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edən 8 sənədin imzalandığı, bu sahədə ikitərəfli əlaqələrin getdikcə genişləndiyi, fəal təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb. Bakıda keçirilən COP29 çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidlə bağlı yaşıl iş yerləri və bacarıqların inkişaf etdirilməsinə dair müxtəlif ölkələrin, beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verilib.

L.Alpkan iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin sosial sahədə də uğurla davam etməsindən məmnunluğunu bildirib.

Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see195

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see159

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri