Türkiyənin superliqa klubu Mahirə təklif göndərdi bunun üçün gec deyil?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Nürnberq”in futbolçusu Mahir Emrelini transfer etmək istəyən klubların sayı artıb.
“Football-plus.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, qardaş ölkənin superliqasında çıxış edən “Samsunspor” da 27 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Klub artıq oyunçuyla ilkin təmaslarını həyata keçirib.
Hələ Mahir qarşı tərəfə nə “hə”, nə də “yox” deyib. Böyük ehtimalla, bu izdivac baş tutmayacaq. Ona görə ki, həmyerlimizin Almaniyanın 1-ci bundesliqa klublarından da təklif aldığı bildirilir.
Hücumçu, təbii ki, karyerasını “böyük beşlik” ölkəsinin aparıcı çempionatında davam etdirmək istəyir. Bunu Almaniyanın tanınmış nəşri “Bild” də təsdiqləyir.
Xatırladaq ki, Mahir 2023-cü ilin fevralından iyununa qədər qardaş ölkənin başqa superliqa təmsilçisi “Konyaspor”da icarə əsasında (onda Zaqreb “Dinamo”suna məxsus idi – red.) forma geyib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 04 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















