Icma.az
close
up
RU
“Turnirlərin faydası düşündüyümüzdən böyükdür” Həsənov

“Turnirlərin faydası düşündüyümüzdən böyükdür” Həsənov

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Futbol Akademiyasının koordinatoru Təbriz Həsənovun “Futbolpress.az“a müsahibəsi:

– Uzun müddətdir, “Sabah” akademiyasında çalışırsınız. İlk vaxtlardan bu yana hansı dəyişikliklər olub?
– İnkişaf haqda danışsaq, ilk növbədə son iki ildə nəticələri, xüsusilə, U-19 komandasının ardıcıl çempionluqlarını qeyd etmək lazımdır. Bu heyətdə olan oyunçular məhz akademiyamızdan futbolun sirrlərini öyrənib, inkişaf yolunu keçib. Çempionluqlar işlərimizin nəticəsidir. U-19 komandamız bu il UEFA Gənclər Liqasında iştirak edəcək. Ümumiyyətlə, 2018-ci ildən yaranan akademiyanın uşaqları, komandaları yaxşı mənada seçiliblər.

– Müxtəlif yaş kateqoriyalar üzrə komandaları ən çox beynəlxalq turnirdə iştirak edən “Sabah”dır. Bu turnirlərdən əldə etdiyiniz qazanclar nədir?
– Turnirlərin faydası düşündüyümüzdən böyükdür. Burda məsələ tək beynəlxalq təcrübəsi qazanmaqdan, özlərini inkişaf etdirməkdən getmir. Uşaqlar Avropada oyuna çıxmaqla dünya görüşünü artırır. Təsəvvür edin, 8-9 yaşlı uşaqlar beynəlxalq turnirlərə gedir, rəqibdə olan xarici oyunçularla ünsiyyət qurur. Beynəlxalq turnirlər uşaqlara fərqli mühit, atmosfer, temp, sürət bəxş edir. Uşaqlar burdan çox şey öyrənirlər. Bunlar onların inkişafında böyük rol oynayır. Çalışacağıq ki, gələcəkdə də uşaqlarımız daha çox beynəlxalq turnirlərdə iştirak etsin.

– Akademiya mövzusunda uşaqlarla yanaşı, məşqçi faktoru da önəmlidir. Yaxşı mütəxəssis yetişməsi, akademiyada bu sarıdan problem yaşamamaq üçün hansı addımlar atılır?
– Akademiyamız”Dinamo” (Zaqreb) ilə uzun müddətdir, əməkdaşlıq edir. Bu çərçivədə neçə məşqçimiz təcrübə keçib. Bu yaxınlarda da Macarıstanın “Honved” klubu ilə əməkdaşlığa başladıq. Burda da məşqçilərimizin Macarıstanda təcrübə keçməsi qeyd olunub. Gələcəkdə bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulub.

– Akademiyadan milli komandalara çağırılan futbolçu sayı nə qədərdir?
– Konkret say demək olmur. Müxtəlif yaş qrupları üzrə milli komandalarda oyunçularımız var. Demək olar, hər yığmada “Sabah”ın üzvləri iştirak edir.

– Yeni mövsümdən Premyer Liqada legioner limiti ləğv olunacaq. Bunun uşaq futboluna hansı təsirləri ola bilər?
– Limitin ləğvinin necə təsir edəcəyini zaman göstərəcək. Rəqabət baxımından bu, yerli oyunçuların inkişafına səbəb olacaq. Çünki oyunçularımız artıq ikiqat çalışacaqlar ki, heyətə düşə bilsinlər. Bu, həm rəqabətə kömək edəcək, həm də yerli oyunçuların inkişafına.

– Uşaq futbolunun inkişafı akademiyadan başlayır. Avropada 12 yaşadək futbolçulardan ibarət komandaların oyunlarında 11-11 oyunlar keçirir. Bizdə isə artıq bu mövsümdən bu qayda tətbiq ediləcək…
– Məncə, 11-11-ə keçmək düzgün qərardır. Artıq bir neçə ölkədə bu sistem tətbiq edilib. Düzdür, ilk vaxtlar çətinlik ola bilər. Bu ilin yaz aylarında U-13 komandamız yerli çempionatda 9-9 oynayırdı, amma beynəlxalq turnirdə “Mançester Siti”yə qarşı oynayanda 11-11-ə oynamalı olduq. Bu, ilk təcrübəmiz idi. Uşaqlar əziyyət çəkdi, amma mübarizə apardılar. İlk dəfə üçün yaxşı çıxış etdilər. Uduzsaq da, qollar vura bildik. Məncə, 11-11-əkeçmək düzgün qərardır.

– Buna nə dərəcə hazırıq?
– AFFA bu qərarı verirsə, yəqin meydançalar var. Azərbaycanda meydanların sayı artdıqca və akademiyalara diqqət artsa, bu həm ölkə futbolunun, həm də çempionatlarımızın inkişafına səbəb olacaq. İnanıram ki, gələcəkdə bunu görəcəyik.

– Çempionatların təşkili səviyyəsi necədir?
– AFFA-nın bayrağı altında demək olar, bütün kateqoriyalar üzrə yarışlar keçirilir. Düşünürəm ki, gələcəkdə daha yaxşı olacaq. Amma yerli çempionatla yanaşı, akademiyalar beynəlxalq turnirlərə də önəm verməlidir.

– Ümumiyyətlə, aşağı yaş qrupları üzrə yarışlarda çatışmayan nələr var?
– Bəzi liqalarda rəqabət yaxşı, bəzilərində isə elə də yaxşı deyil. Onu deməliyəm ki, keyfiyyətli komandalar artmalı, ümumi say çoxalmalıdır. Daha çox komandanın iştirakı rəqabəti və keyfiyyəti artıra bilər. Bütün yaş qrupları üzrə çempionatların getdikcə daha artacağını düşünürəm.

– Son dönəmlərdə uşaq futbolunda hakimliklə bağlı narazılıq artıb. İdarəçilik problemləri çox olur?
– Uşaq futboluna cəlb olunan hakimlərin bir çox gəncdir. İlk təcrübəsi olanlar da var. Təbii ki, səhvlər ola bilər. Biz beynəlxalq turnirdə belə səhvlərə rast gəlinir. Bu, qaçılmazdır. Çempionatda istər bizə, istərsə də digər komandalara qarşı səhvlər var. HƏr oyundan sonra müzakirəyə çıxan epizodlar olur. Amma qeyd edək ki, yaxşı hakimlərimiz də çoxdur və getdikcə səviyyə artmaqdadır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Avqust 2025 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri