Icma.az
close
up
RU
Üç dövlət ABŞ və Rusiya arasındakı yaxınlaşmaya müqavimət göstərir ŞƏRH

Üç dövlət ABŞ və Rusiya arasındakı yaxınlaşmaya müqavimət göstərir ŞƏRH

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ukrayna, Fransa və Böyük Britaniya arasında imzalanmış üçtərəfli sənəd preventiv addım xarakteri daşıyır. Həm Ukrayna, həm də iki Avropa dövləti ABŞ və Rusiya arasındakı yaxınlaşmaya qarşı qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Təbii ki, əsas məqsəd Ukraynada hərbi kontingent yerləşdirməklə bu ölkənin təhlükəsizliyinin, eyni zamanda Avropa qitəsinin üzləşə biləcəyi hərbi risklərin qarşısını almaqdan ibarətdir".

Bunu Redaktor.az-a politoloq Elçin Xalidbəyli Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalamalarından danışarkən bildirdi.

"Sənədə görə, 30 minlik kontingent Ukraynanın qərb regionlarında yerləşdiriləcək. Bu da Ukrayna ilə yanaşı Avropa qitəsinin təhlükəsizliyi üçün böyük önəm daşıyır. Ancaq burada digər önəmli məqam da var. ABŞ və Rusiya Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə həm Ukraynanı, həm də Avropa ölkələrini oyundan kənar vəziyyətə salıblar. Müzakirə masası arxasında Ukrayna və Avropa ölkələrinin mövqeyi, maraqları qətiyyən nəzərə alınmır", - deyə o, qeyd etdi.

Politoloqun sözlərinə görə, Ukrayna və Britaniya, eləcə də Fransa ortaq sənəd imzalamaqla ABŞ və Rusiya arasındakı yaxınlaşmaya müqavimət göstərmək niyyətlərini biruzə verirlər:

"Bununla da həm Ağ Evə, həm də Kremlə mesaj verirlər ki, Ukraynanın və Avropa ölkələrinin iştirakı olmadan Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə pozitiv nəticələr əldə eləmək mümkün ola bilməz. Ona görə də həm Ukraynanın, həm də Avropa ölkələrinin mövqeyini və maraqlarını nəzərə almaq lazımdır. Belə anlaşılır ki, Ukrayna, Böyük Britaniya və Fransa,  ABŞ və Rusiya arasında yaradılmış sülh masasına müdaxilə etməyə çalışırlar, həmin masanın arxasına oturmaq üçün şərait yaratmağa çalışırlar. Həm ABŞ, həm də Rusiya olduqca ciddi reallıqla üz-üzə qalıblar. Həm Avropa ölkələrinin, həm də gələcək taleyi müzakirə olunan Ukraynanın maraqlarını, mövqeyini nəzərə almaq qaçılmaz xarakter daşıyır. Bu baxımdan böyük ehtimalla, bu üç ölkə arasında imzalanmış sənəd Ukrayna savaşının dayandırılmasına yönəlik sülh prosesinə ciddi şəkildə təsir göstərə bilər, yeni situasiya yarada bilər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see682

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see178

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see136

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri