Icma.az
close
up
RU
Üç prezidentin mühüm müqaviləsi: Sənədin ömrünün nə qədər olacağını zaman göstərəcək

Üç prezidentin mühüm müqaviləsi: Sənədin ömrünün nə qədər olacağını zaman göstərəcək

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyayev və Qırğızıstan rəhbəri Sadır Japarov üçtərəfli sammitin yekunları üzrə sazişlər imzalayıblar. Liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, eləcə də əbədi dostluq haqqında Xucənd bəyannaməsini imzalayıblar.

Tədbir Tacikistan liderinin Xucənd yaxınlığında yerləşən Gülistondakı iqamətgahında baş tutub.

Ekspertlərə görə, bu, son günlərin ən önəmli hadisələrindən biridir. Sazişlər uzun sürən danışıqlardan sonra ərsəyə gəlib. Son 30 ildə sözügedən üç respublika arasında dəfələrlə sərhəd toqquşmaları, milli-etnik zəmində münaqişələr baş verib. Həmin toqquşmaların, münaqişələrin "ssenari"si heç şübhəsiz ki, Kremldə cızılırdı.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a deyib ki, hər üç ölkənin əraziləri eksklav və anklavlardan ibarətdir.

Ekspert vurğulayıb ki, Qırğızıstanın bir çox bölgəsi, kəndi Özbəkistanın içindədir:

"Özbəkistanın bəzi regionları Tacikistanın içindədir. Tacikistanın bir sıra əraziləri Qırğızıstan bölgəsindədir. Bu, qarışıq xəritə sanki əvvəlcədən planlaşdırılmış bomba şəklində müəyyənləşdirilib. Məlum idi ki, belə vəziyyətdə separatizm, bölücülük, məzhəblər arası qarşıdurmalar ortaya çıxacaq. Ötən illər ərzində yaşananlar da məhz bu təhlükədən qaynaqlanırdı. Görünür, artıq hər üç ölkənin lideri bunu başa düşürlər”.

Politoloq deyib ki, uzun illər boyunca Fərqanə bölgəsi milli münaqişələrin məkanı olub. Ahıska türkləri özbəklər tərəfindən bu və ya digər səbəblər göstərilərək Fərqanədən qovulmuşdu. Onların bir hissəsi Azərbaycana gələrək, Qarabağ bölgəsində yerləşdirilmişdilər.

Fuad Abbasov, politoloq

F.Abbasov qeyd edib ki, Tacikistan prezidenti Emoməli Rəhmon 1994-cü ildən hakimiyyətdədir. Digər iki ölkənin rəhbərləri isə dəyişib:

"Əgər bu Saziş Özbəkistanın sabiq prezidenti İslam Kərimovun vaxtında gündəmə gəlsəydi, imzalanması mümkün olmayacaqdı. Çünki İslam Kərimov Moskvadan ciddi şəkildə asılı biri idi, keçmiş sovet nomenklaturasına bağlı şəxs idi. Amma Şavkat Mirziyayevin hakimiyyətə gəlməsi ilə regionda müəyyən canlanma baş verdi. Sazişin imzalanması, ortaq məxrəcə gəlinməsi də məhz bunun nəticəsidir. Bu ideyanın da Şavkat Mirziyayevə məxsus olduğunu düşünürəm”.

Müsahibimiz qeyd edib ki, imzalanmış müqavilənin "ömrünün" nə qədər olacağını zaman göstərəcək:

“İstənilən halda belə bir qərarın alınması çox mühümdür".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri