Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Üç sinifin bütün məzunları ali məktəblərə qəbul olublar FOTO

Üç sinifin bütün məzunları ali məktəblərə qəbul olublar FOTO

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələ rayonunda iki məktəbdən üç müxtəlif sinfin məzunlarının hamısı ali məktəblərə qəbul olunub.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, bu il ali məktəblərə daxil olmaq üçün imtahan vermiş 830 nəfər qəbələli məzundan 560 nəfəri ilkin mərhələdə tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 120 nəfəri 500-700 bal arası, o cümlədən 56 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ən yüksək nəticəni isə Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli və Pərviz Osmanov adına 2 nömrəli məktəbin şagirdləri göstərib. Belə ki, hər iki təhsil ocağı Qəbələnin təhsil həyatında bir ilkə imza atıb. Hər iki təhsil ocağında siniflərdən birinin bütün məzunları ali məktəblərə ilkin mərhələdə qəbul olunublar.

Əməkdaşımız bu uğurlu nəticələri qazanan məktəblərin məzunları və müəllim kollektivi ilə görüşüb, onların gələcək planları ilə maraqlanıb. Bu il ali məktəblərə sənəd verən qəbələli məzunlar onlara göstərilən etimadı yetərincə doğrulda biliblər. Xüsusən şəhər 4 nömrəli məktəbin 11 A sinfini bitirən 19 məzunun hər biri yüksək balla ali məktəblərə qəbul olunub. Bu münasibətlə məzunlar on bir il təhsil aldıqları tam orta məktəbdə bir araya gələrək müəllimlərini ziyarət edib, gələcək planlarından bəhs ediblər.

Budur, müəllimlər və məktəbin direktoru sinif otağına daxil olur. Hər kəs birinci sinifdə olduğu kimi ayağa qalxıb müəllimi salamlayır. Məktəbin direktoru Məhəbbət Əliyeva məzunların uğur hekayələrini elə dəqiqliklə ifadə edir ki, onların özləri belə heyranlıqla dinləyir.

Məzunlar qazandıqları uğurlardan qürurla bəhs edirlər. Çünki bütün çətinliklər arxada qalıb. Məsələn, Aysu Balıyeva qəbul imtahanlarında 677 bal toplayaraq Azərbaycan Tibbi Universitetinə qəbul olunub.

Sinif yoldaşı Nuray Eldarlı isə 651 balla sinifdə ikincidir və o da gələcəkdə həkim olmaq arzusunu reallaşdırmaq əzmindədir. “Uğura çatmaq üçün bu uzun və zəhmətli yolda valideynlərimin və müəllimlərimin rolu əvəzsizdir”, - deyən Nuray sinif yoldaşlarına da bundan sonrakı təhsil həyatında uğurlar arzulayır.

Məktəbin direktoru Məhəbbət Əliyevanın sözlərinə görə, rəhbərlik etdiyi təhsil ocağı Qəbələnin təhsil həyatında bir ilkə imza atıb. Belə ki, bu il A və B sinifləri yüksək nəticə göstərib. 11A sinfinin 19 məzunun hamısı, digər sinfin 19 məzundan 18-i artıq ilk mərhələdə tələbə adını qazanıb. Yeri gəlmişkən, Məhəbbət müəllimənin iki əkiz övladı şəhərin digər məktəbindən tələbə adı qazananlar sırasındadır.

“Məzunlarımızdan beş nəfəri 600 baldan yuxarı nəticə göstərərək 4 nəfər Tibb Universitetini, bir nəfər isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qazanıb. Bizim 11-cilər arasında 8 nəfər fərqlənmə attestatı alıb. 11 B sinfinin 19 şagirdindən 18-i ali təhsil müəssisələrinə qəbul olunub. Ümid edirik ki, o bir nəfər də ikinci mərhələnin seçim turundan sonra tələbə adını qazanacaq”,- deyə direktor fikrini tamamlayır.

Məzunlarının yüksək nəticələri ilə uğura imza atan digər təhsil ocağı Qəbələ şəhər Pərviz Osmanov adına 2 nömrəli məktəbin kollektividir. Bu təhsil ocağının əksər müəllimləri bu gün ali məktəbə daxil olan sinfin məzunları ilə görüşə gəlmişdi.

Məktəbin həyətindəki qoşa çinarın ətrafına yığışan kollektiv 100 fazlik nəticə göstərən şagirdləri ilə qürur duyduqlarını, bu yüksək nəticənin gələcək siniflər üçün bir stimul yaratdığını bildirdilər.

Məktəbin məzunu Tükəzban Zalova hərbi həkimliyə daxil olan ilk qəbələli kimi qürurludur. Qaynar gənclik dövrü yaşayan Tükəzban seçdiyi sahəyə dərindən bağlıdır və hərbi həkim kimi gələcəkdə Azərbaycan Ordusunun əsgər və zabitlərinin keşiyində dayanacağına söz verir.

Məktəbin digər məzunu Aygün Qəriblinin hüquqşünaslıq ixtisasını seçməsinə səbəb onun ideal saydığı böyük bacısıdır. Belə ki, Aygünün bacısı hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır. Qarşıdakı illərdə hər iki bacı bu sahə üzrə xaricdə magistr təhsili almaq və qanun keşiyində dayanmaq əzmindədirlər.

Tarixi ənənələri, milli vətənpərvərlik ruhunda yetişdirdiyi məzunları ilə hər zaman seçilən 2 nömrəli məktəbin direktoru Elsevər Mustafayev bildirir ki, bu 100 fazlik nəticədə, uğurda hər kəsin zəhməti var və builki məzunların uğuru digər şagirdlərə örnək göstəriləcək, siniflərarası rəqabəti gücləndiriləcək. Direktordan öyrənirik ki, 2 nömrəli məktəbin 11 A sinfinin 21 məzununun hamısı tələbə adını qazanıb. Bu da məktəbin tarixində bir ilkdir.

Məzunları məktəbə yığmaqda məqsədlərindən danışan direktor bildirir ki, onlara bu təhsil ocağı ilə daim əlaqə saxlamağı, tələbə həyatında yüksək nəticələri, vətəndaş mövqeləri ilə seçilməyi tövsiyə ediblər.

Sonda rayonun builki təhsil uğurları barədə ətraflı məlumat almaq məqsədilə Qəbələ rayon üzrə təhsil sektoruna müraciət etdik. Bildirildi ki, növbəti, yəni ikinci seçim turunda da tələbə adını qazananların sayının artacağına şübhə etmirlər. Digər tərəfdən rayon ümumtəhsil məktəbləri üzrə 1210 şagird 11 sinfi bitirib. Məzunlardan 101 şagird tam orta təhsil haqqında fərqlənmə attestatı, 2 şagird xüsusi nümunəli attestat alıb. Onlardan 1 nəfər qızıl,1 nəfər isə gümüş nişana layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri