Icma.az
close
up
RU
Uğur formulu trendi: bazar niyə bezdirici olur? Açıqlama

Uğur formulu trendi: bazar niyə bezdirici olur? Açıqlama

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırkı dövrdə uğur anlayışı daha çox diqqət mərkəzindədir. Seminarlar, təlimlər, motivasiya proqramları – hamısı insanlara uğur yolunu göstərmək üçün təşkil olunur. Amma paradoks ondadır ki, bütün bunlarla yanaşı istər biznesdə, istərsə də şəxsi həyatda uğursuzluqlar da azalmır, əksinə, artır. 

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, ümumiyyətlə, biznesin inkişaf etməsi son 30-40 ilin hadisəsidir.

Onun sözlərinə görə, sosial şəbəkələr yaranandan, internet ərsəyə gələndən sonra kommunikasiyalar çoxaldı, biznes də inkişaf etdi:

"Biznes inkişaf etdikcə, iş modelləri, məkanları artdıqca biznesdə uğur qazanmaq mövzusu da aktuallaşdı. Əvvəl bu qədər biznes yox idi ki, insanlar uğur qazanmaq haqqında düşünsünlər. Söhbət Azərbaycandan gedir.

Amerikada bu, təxminən 70-80 il bundan qabaq başlayıb. Hələ 1936-cı ildə Deyl Karnegi "Dostları necə qazanmalı və insanlara təsir etməli" adında kitab yazıb. Həmin dövrdə o, şirkət sahiblərinə bu mövzuda təlimlər keçirdi.

Azərbaycanda da son 10-15 ildə aktuallaşıb. Çünki bizdə biznes son 15 ildə genişlənib. Ona görə hamı istəyir ki, öz işində uğur qazansın, bunun yollarını axtarırlar. "Biznesdə, işdə uğur qazanmağın yolları nədir?" barədə də təlimlər, təlimçilər çoxalıb. Təbii ki, təlimlərin hamısı yararlı deyil. Təəssüflər olsun ki, faydalı təlimlər azdır. Yəni 18 yaşında bir yeniyetmə gənc uğurun sirləri haqqında təlim keçə bilməz, Bu, ciddi görünmür. Demək istədiyim odur ki, uğur qazanmaq üçün təlimlərə ehtiyac buradan yaranır.

İndi isə sual belədir: görəsən, bu kitabları oxuyan və bu təlimlərdə iştirak edənlərin hamısı həyatda uğur qazana bilirmi? Əlbəttə ki, yox. Təlim keçənlərin hamısı uğur qazana bilmir. Çünki bunun üçün başqa şərtlər də lazımdır. Nəzəriyyəni bilmək bir şeydir, onu praktikada tətbiq etmək isə tamam başqa bir şeydir. Görəsən, biz öyrəndiklərimizi həyatımıza tətbiq edə bilirikmi? Bax, bu artıq fərqli bir məsələdir".

Həmidə İbrahimova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri