Ukrayna Dünya Bankı ilə 600 milyon dollar ayrılması üçün müqavilə imzalayıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna hökuməti Dünya Bankı ilə 600 milyon dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutan saziş imzalayıb.
APA xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal öz “Telegram” hesabında məlumat verib.
“Ukrayna yeni proqram çərçivəsində Dünya Bankı ilə demək olar ki, 600 milyon dollar dəyərində müqavilə imzalayıb”, - paylaşımda deyilir.
Şmıqalın sözlərinə görə, bu vəsait kiçik və orta biznesin dəstəklənməsinə, yaşıl keçidə, biznes mühitinin yaxşılaşdırılmasına və rəqəmsallaşmaya sərf olunacaq.
Baş nazir bu vəsaitin Kiyevə hansı əsasla; kredit kimi və ya yardım kimi veriləcəyi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, sentyabr ayında ölkənin dövlət borcu 155,56 milyard dollara, yəni rekord həddə çatıb. Hökumətin hazırladığı 2025-ci il büdcə layihəsində 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsir var və milli valyutanın məzənnəsinin bir dollar üçün 45 qrivnaya endirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 Noyabr 2024 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















