Ukrayna ilə müharibədə onminlərlə hərbçi itkin düşüb RF MN rəsmisinə rəqəmləri təkrar etmək yasaqlandı
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
Hurriyyet.az "Novoya vremya" nəşrinə istinadla xəbər verir ki, Rusiya Federasiyasının müdafiə nazirinin müavini Anna Çivileva Ukrayna ilə müharibədə 48 min nəfərə qədər hərbçinin itkin düşdüyü barəsində məlumatı təsadüfən açıqlayıb.
ASTRA adlı "Teleqram" kanalı Prezident Putinin qohumu adlandırılan Çivilevanın bu rəqəmi Dövlət Dumasındakı "dəyirmi masa"da səsləndirdiyini vəbər verib.
Müdafiə nazirinin müavini deyib: "Rusiyalı hərbçilərin qalıqlarının tanınması üçün qohumları 48 min DNK testi verib". Dövlət Dumasının Müdafiə Komitəsinin başçısı Andrey Karpatalov "bu rəqəmləri daha heç yerdə səsləndirməməyi" ondan xahiş edib: "Bu, qapalı, kifayət qədər həssas informasiyadır. Biz yekun sənədləri hazırladığımız zaman bu rəqəmlər orada olmamalıdır".
Çivileva bu sözlərdən sonra dərhal deyib: "Bu, itkin düşənlərin yox, bizə edilən müraciətlərin sayıdır".
Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş Komitəsinin "dəyirmi masa"sı Dövlət Dumasının saytında canlı göstərilib. Yayımın lentyazısı saytda qalmayıb. Lakin ASTRA kanalının oxucusu Çivilevanın çıxışını qeydə almağa macal tapıb.
Anna Çivilevanın RF Prezidenti Vladimir Putinin qohumu və energetika naziri Sergey Çivilevin həyat yoldaşı olduğu bildirilir. Onun adı ABŞ və Aİ-nin sanksiya siyahılarına salınıb.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















