Ukrayna Rusiya ərazisində Omsk NEZ in vurulduğunu bildirib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisindəki Omsk neft emalı zavodunun (NEZ) vurulduğu barədə məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə hərbi qurumun "Facebook" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri Ukraynanın dövlət sərhədindən təxminən 2500 km məsafədə yerləşən Omsk NEZ-i vurub", – məlumatda bildirilib.
Qeyd olunub ki, bu, ukraynalı hərbçilər tərəfindən vurulan Rusiyadakı 11 ən böyük benzin istehsalçısından sonuncusudur.
"Ərazidə zərbə və ardınca yanğın qeydə alınıb, dəymiş ziyanın miqyası dəqiqləşdirilir. İlkin məlumata görə, layihə gücü ildə 8,4 milyon ton neft olan ELOU-AVT-11 neft emalı qurğusu vurulub", – Baş Qərargahdan bildirilib.
Omsk vilayətinin qubernatoru Vitali Xotsenko NEZ-ə endirilən zərbəni təsdiqləyib.
"Ukrayna dronları Omsk NEZ-ə hücum edib, ilkin məlumata görə ölən və xəsarət alan yoxdur", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:206
Bu xəbər 06 İyul 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















