Ukrayna XİN rəhbəri: Ukrayna Azərbaycan üçün Avropada əsas enerji qovşağına çevrilməyə hazırdır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycan Ukrayna üçün son dərəcə vacib tərəfdaşdır".
Oxu.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana səfərinin yekunlarına dair "Facebook" səhifəsindəki paylaşımında yazıb.
"Azərbaycan bizim strateji tərəfdaşımızdır və indi bu tərəfdaşlığa, xüsusən də ən yüksək siyasi səviyyədə yeni təkan vermək vaxtıdır. Həmkarım, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlərdə biz ticarət, investisiya və enerjiyə xüsusi diqqət yetirməklə ikitərəfli münasibətlərin bütün gündəliyini müzakirə etdik. Biz yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi üzərində işləmək barədə razılığa gəldik.
Avropa İttifaqı kimi, biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən ölkə kimi görürük və tranzit təcrübəmiz, Avropada ən böyük qaz anbarlarımız vasitəsilə bu işə xeyir verməyə hazırıq. Ukrayna Azərbaycan üçün Avropada əsas enerji qovşağına çevrilməyə hazırdır", - nazir qeyd edib.
O həmçinin qarşıdan gələn 28 may - Azərbaycanın Müstəqillik Günü münasibətilə Ukrayna rəhbərliyinin təbrikini Azərbaycan rəhbərliyinə çatdırıb.
Baxış sayı:138
Bu xəbər 27 May 2025 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















