Icma.az
close
up
RU
Ukraynadan Rusiyaya qarşı unikal əməliyyat “Pautina” hansı gerçəkləri üzə çıxardı? TƏHLİL

Ukraynadan Rusiyaya qarşı unikal əməliyyat “Pautina” hansı gerçəkləri üzə çıxardı? TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın beş strateji aviabazasına genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib. “Hörümçək toru” (“Pautina”) adlanan bu hücum Ukrayna Təhlükəsizlik Xidmətinin 18 ay ərzində planlaşdırdığı və Prezident Volodimir Zelenskinin şəxsən nəzarət etdiyi ən kompleks əməliyyatlardan biri sayılır.

Strateji təyyarələrə səssiz hücum

Hücum zamanı 117 ədəd FPV tipli PUA Rusiyanın İrkutsk, Ryazan, İvanovo, Murmansk və Amur bölgələrində yerləşən hərbi hava bazalarına yönəldilib. Hücumun əsas hədəfləri strateji bombardmançı təyyarələr - Tu-95, Tu-160, Tu-22M3, həmçinin, A-50 tipli erkən xəbərdarlıq təyyarələri olub.

PUA-lar Rusiyanın daxilinə hissə-hissə daşınıb, taxta konteynerlərdə gizlədilib və yük maşınları ilə bazalara yaxın ərazilərə çatdırılıb. Uzaqdan idarə olunan konteynerlərdən eyni anda havaya buraxılan PUA-lar sinxron şəkildə hücuma keçərək obyektləri sıradan çıxarıb.

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında bildirib ki, Ukraynanın həyata keçirdiyi zərbələr Rusiya tərəfindən mülki hədəflərə qarşı istifadə edilən, strateji və istehsalı mümkün olmayan nüvə daşıyıcısı təyyarələrinin məhv edilməsinə yönəlib.

Onun sözlərinə görə, zərbələr Rusiyanın strateji aviasiyasının, əsasən, Tu-95MS, Tu-160, Tu-22M3 tipli raketdaşıyan bombardmançıları və A-50 tipli uzaqmənzilli radar müşahidə təyyarələrinə endirilib: “Bu təyyarələr Rusiya nüvə triadasının hava komponentinə daxildir və əsasən, strateji məqsədlərlə istifadə olunur. Xüsusilə, nüvə silahı ilə cavab zərbəsi kimi çəkindirici vasitə funksiyasını daşıyır. Amma Rusiya bu təyyarələri Ukraynaya qarşı aparılan genişmiqyaslı müharibədə terror vasitəsi kimi istifadə edib. Ukraynanın dərin arxa cəbhə ərazilərinə Tu-95MS və Tu-160 tərəfindən buraxılan X-101, X-555, X-55 raketləri, eləcə də Tu-22M3 təyyarələrindən X-22 və X-32 raketləri ilə zərbələr endirilib. Bu raketlər, əsasən, mülki infrastruktur, yaşayış binaları, yaşayış məhəllələri və enerji obyektlərini hədəf alıb. Yəni, Rusiya strateji aviasiyasını faktiki olaraq terror və Ukrayna xalqına qarşı soyqırımı məqsədilə istifadə edib. Məhz buna görə bu əməliyyat həmin daşıyıcıların (təyyarələrin) məhv edilməsinə yönəlib. Qeyd etmək lazımdır ki, Rusiyada bu təyyarələrin sayı çox deyil və onlar hazırda faktiki olaraq istehsal edilmir. Tu-95MS, ümumiyyətlə, istehsal olunmur. Tu-22M3 və Tu-160 təyyarələri Kazan Aviasiya Zavodunda, sovet dövründən qalan füzelyajlar (gövdələr) əsasında yığılır. Yəni bu, tam istehsal deyil. Həmin füzelyajlar 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərinə aiddir. Onlar tükənəndən sonra istehsal da dayanacaq. Deməli, bu təyyarələrin itirilməsi əvəzolunmazdır. Rusiya onları bərpa edə bilməyəcək”.

Gözlənilməz zərbə

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova APA-ya açıqlamasında Ukraynanın Sibirdəki və Murmanskdakı Rusiya aviabazalarına dronlarla endirdiyi zərbələrin gözlənilməz olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyadakı aviabazalara pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücum, xüsusilə də bu bazaların uzaq ərazilərdə – Sibirdə, Murmanskda yerləşməsi fonunda gözlənilməz təsir yaratdı: “Bütün bu əməliyyatın necə təşkil olunması, ümumilikdə, düşünürəm ki, bütün dünyanı təəccübləndirdi. Hamı aydın şəkildə gördü ki, dronlarla doldurulmuş yük maşınından istifadə edərək hərbi hədəflərə zərbə endirmək mümkündür. Ümumilikdə isə Sibirdə radioelektron müdafiə vasitələrinin olmaması bu hədəflərə çatmağı mümkün etdi. Amma əlbəttə ki, Zelenskinin dediyi kimi, 40 təyyarənin vurulması həqiqətə uyğun deyil - bu say əslində daha azdır. Rusiyanın məlumatına görə, İrkutskda, sadəcə, dörd təyyarə zədələnib. Bununla belə, istifadə olunan üsulun kifayət qədər effektiv olduğu sübut olundu və göstərdi ki, müharibə təkcə sərhədyanı bölgələrlə məhdudlaşmır, həm də ölkənin dərinliklərinə – Sibirə və Uzaq Şərqə qədər yayıla bilər. Bu hücumun əsas nəticələrindən biri də budur. Aydındır ki, bu hücumdan sonra Sibirdə, Uzaq Şərqdə yerləşən hərbi bazalarda və mülki obyektlərdə radioelektron mübarizə vasitələrinin gücləndirilməsinə başlanacaq. Bu, həm də anlayış yaradacaq ki, Ukraynanın bu sahədə də imkanları var... Ukrayna belə döyüş üsullarından istifadə etməyə davam edəcək. Ukrayna bununla göstərdi ki, hazırda sülh mümkünsüzdür və bu barədə danışmağın da mənası yoxdur”.

Rusiyanın strateji aviasiyasının 1/3-i iflic edilib

Ukrayna rəsmilərinin açıqlamasına görə, əməliyyat nəticəsində Rusiya strateji aviasiyasının 34 faizi zədələnib və ya məhv edilib. Zərərin ümumi dəyəri təxminən 7 milyard dollar olaraq qiymətləndirilir. Rusiya tərəfi bəzi hücumların qarşısının alındığını bildirsə də, Murmansk və İrkutskda baş verən ziyanı təsdiqləyib.

Aleksandr Kovalenko bu hücumun nüvə triadasına malik bir ölkə üçün xüsusilə ağır itki sayıldığını bildirib: “Çünki əməliyyat birbaşa Rusiyanın ərazisində həyata keçirilib. Halbuki bu ölkədə xüsusi xidmət orqanları hər şeyi tam nəzarətdə saxlayır. Rusiyada rejim o qədər totalitardır ki, sosial şəbəkədə müharibə əleyhinə yazıya rəy yazan və ya sadəcə yazını bəyənən bir şəxs bir neçə saat ərzində həbs olunaraq, ciddi rejimli koloniyaya göndərilə bilər. Belə bir ölkədə, bu qədər nəzarət şəraitində belə bir əməliyyatın həyata keçirilməsi – bu, sadəcə, fenomenaldır. Bu cür əməliyyatın dünyada analoqu yoxdur. Uzun müddət hesab olunurdu ki, ən yüksək səviyyəli xüsusi əməliyyatlar MOSSAD tərəfindən həyata keçirilir – məsələn, Hizbullah üzərinə yönələn kampaniyalar. Amma Hizbullaha qarşı belə əməliyyat keçirmək bir şeydir, nüvə dövlətinin - Rusiyanın ərazisində strateji obyektlərə zərbə endirmək isə tamamilə başqa səviyyədir. Düşünürəm ki, zamanla SBU (Ukrayna Təhlükəsizlik Xidməti) bu əməliyyat barədə daha ətraflı detallar açıqlayacaq. Bu əməliyyat artıq dünya xüsusi xidmət orqanlarının tarixində nümunə sayılır. Yəqin ki, bu haqda sənədli film də çəkiləcək və əlavə şərhlər veriləcək”.

Hibrid müharibənin yeni erasının başlanğıcı

Rusiyalı politoloq Qrevtsova isə deyir ki, Ukrayna mediasında iddia edilən kimi, Rusiya hərbi aviasiya potensialının 30%-nin məhv edilməsi reallığı əks etdirmir: “Əslində, məhv edilən texnika az olub. Amma onların seçdiyi üsul – yəni uzaqdan idarə olunan dron hücumları Rusiyanı əvvəllər heç düşünmədiyi addımları atmağa məcbur edir. Ən başlıcası, artıq Rusiya ərazisinin hər yerində – istər mülki, istərsə də hərbi obyektlərdə – radioelektron müdafiə ilə qorunma məsələsi gündəmə gələcək. Bu, həm də dünyaya siqnal olacaq ki, hər bir ölkə – istər paytaxt, istər uzaq bölgə olsun – öz hərbi obyektlərini qorumağa hazır olmalıdır. Çünki hər an belə bir yük maşını istənilən nöqtəyə çata bilər. Əgər Çinlə müqayisə etsək, bu da çox düşündürücüdür. Təsəvvür edin ki, Çin ABŞ-ın hərbi potensialını məhv etmək istəsə, ölkədə saysız-hesabsız çinli yük maşını sürücüsü var və onlardan istifadə olunaraq pilotsuz hücumlar həyata keçirilə, bu isə olduqca ciddi nəticələr doğura bilər. Ona görə də belə nəticəyə gəlmək olar ki, dünən baş verən hadisə və istifadə olunan bu hücum üsulu gələcəkdə hibrid müharibə elementlərindən biri kimi geniş istifadə olunacaq”.

Avropa Ukraynanın strateji əməliyyatlarını dəstəkləyir

Ukraynanın Rusiyanın strateji hərbi bazalarına endirdiyi hücumlar Avropada da diqqətlə izlənir. Bir sıra Avropa ölkələri bu əməliyyatı Ukraynanın özünümüdafiə hüququ çərçivəsində qiymətləndirir və Rusiyanın hərbi imkanlarını zəiflətmək baxımından təsirli addım kimi görür. Xüsusilə Şərqi Avropa ölkələri - Polşa, Baltik dövlətləri Ukraynanın bu hücumla təşəbbüsü ələ almasını müsbət dəyərləndirir.

Macarıstandan olan təhlükəsizlik siyasəti üzrə ekspert Attila Demko APA-ya açıqlamasında Ukraynanın Rusiyanın hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumları Avropanın təhlükəsizlik arxitekturası baxımından mühüm dönüş nöqtəsi hesab edir.

O, bu əməliyyatların Ukraynanın özünümüdafiə qabiliyyətini nümayiş etdirdiyini və Qərbin dəstəyinin bu cür strateji hücumların həyata keçirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıb.

“Avropa İttifaqının üzv dövlətləri arasında müəyyən dərəcədə fikir müxtəlifliyi olsa da, ümumi siyasi mövqe Ukraynaya birmənalı dəstək üzərində qurulub. Aİ institutları və əksər üzv ölkələr Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu tanıyır və bu çərçivədə Rusiyaya qarşı atılan addımları, o cümlədən Rusiyanın strateji dərinliyində yerləşən hərbi hava bazalarına qarşı həyata keçirilən PUA hücumlarını qanuni özünümüdafiə tədbirləri kimi qiymətləndirir. Avropanın təhlükəsizlik və xarici siyasət müstəvisində formalaşan konsensus ondan ibarətdir ki, Ukraynanın bu cür əməliyyatları Rusiya tərəfindən davam etdirilən işğalçı və aqressiv hərbi fəaliyyətə qarşı legitim cavabdır. Hazırkı mərhələdə Avropa dövlətlərinin böyük əksəriyyəti Ukraynanın bu istiqamətli hərbi təşəbbüslərini dəstəkləyir,” deyə D. Attila əlavə edib.

Demko, həmçinin, bildirib ki, bu hücumlar Rusiya müdafiə sistemlərinin zəif cəhətlərini üzə çıxarıb və Avropada təhlükəsizlik siyasətinə dair yeni müzakirələrə səbəb olub.

Bu baxımdan, Demko hesab edir ki, Ukraynanın bu cür əməliyyatları Avropanın təhlükəsizlik siyasətində yeni yanaşmaların formalaşmasına təkan verə, eyni zamanda həm regional, həm də qlobal təhlükəsizlik mühitinə təsir göstərə bilər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 İyun 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri