Ukraynanı çətin qış gözləyir: 32 milyard dollar çatışmır!
Icma.az bildirir, Axar.az portalına istinadən.
Ukrayna Rusiya hücumlarının kəskin artması fonunda çətin qışa hazırlaşır və 32,6 milyard dollarlıq maliyyə çatışmazlığı ilə üzləşir.
Axar.az xəbər verir ki, bunu Ukrayna maliyyə naziri Sergey Marçenko “Avronyus”a verdiyi müsahibədə deyib.
O bildirib ki, müttəfiqlərinin əlavə köməyi olmadan Kiyev bəzi qeyri-hərbi xərcləri təxirə salmaq məcburiyyətində qala bilər.
Nazirin sözlərinə görə, Ukrayna 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri belə ağır büdcə vəziyyəti ilə üzləşməyib. Hərbi xərclər və silah tədarükü prioritet olduğundan, həll yolu tapılmadığı təqdirdə, digər sahələr zərər çəkə və ödənişlər təxirə salına bilər:
"Biz artıq likvidlik problemlərini görürük və büdcə kəsirini gözləyirik. Bu o deməkdir ki, likvidliyin olmaması səbəbindən müharibə ilə əlaqəli olmayan bəzi ödənişləri təxirə salmalı ola bilərik. Bunun nəticələri olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Sentyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















