Icma.az
close
up
RU
Ukraynanın gücləndirilməsi Prioritetləri: Fon der Lyayen müharibənin “ədalətli” həll yollarını göstərib

Ukraynanın gücləndirilməsi Prioritetləri: Fon der Lyayen müharibənin “ədalətli” həll yollarını göstərib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, müharibənin ədalətli və davamlı sülhlə başa çatması üçün Ukraynanın gücləndirilməsinə yönəlmiş üç əsas prioriteti təqdim edib.

Bizimyol.info xəbər verir ki, Avropa Parlamentində debatlar zamanı çıxış edən fon der Lyayen bildirib ki, müharibə nə vaxtsa bitəcək, lakin onun necə bitəcəyi gələcək nəsillər üçün Avropa qitəsinin formasını müəyyən edəcək.

"Burada söhbət yalnız ukraynalıların gələcəyindən deyil, həm də bizim gələcəyimizdən gedir. Pis bir razılaşma Rusiyanı daha artığını almaq üçün geri dönməyə sövq edə bilər. Bu, daha çox sabitsizlik və təhlükəsizlik çatışmazlığının göstəricisi olar. Lakin ədalətli və davamlı bir sülh Ukrayna üçün yeni bir rifah dövrünü başlada və Avropada yeni bir təhlükəsizlik arxitekturasının qurulmasına kömək edə bilər", – deyə o qeyd edib.

Xanım fon der Lyayen vurğulayıb ki, bu, Ukraynanın suverenliyini təmin edən, onun ərazi bütövlüyünə hörmət edən və Avropaya inteqrasiya arzularını dəstəkləyən ədalətli və davamlı bir sülh olmalıdır.

"Bu səbəbdən biz Ukraynanın mövqeyini gücləndirmək üçün əlimizdən gələni etməliyik. Çünki hamımız gördük ki, Rusiya necə danışıqlar aparır – bombalayır, təhqir edir, vədləri xarabalıqlar altında gizlədir. Putin Ukraynanı qəbuledilməz şərtləri qəbul etməyə məcbur etmək istəyir. Ona görə də qarşımızda duran əsas vəzifə – Ukraynanın möhkəm dayanmasına, Putinin təzyiqlərinə boyun əyməməsinə və danışıqlarda öz şərtləri ilə iştirak etməsinə kömək etməkdir", – deyə siyasətçi bildirib.

Avropa Komissiyasının Prezidenti Aİ-nin Ukraynaya dəstəyini təmin edəcək üç prioritet istiqaməti belə açıqlayıb:

1. Ukraynanın müdafiə gücünün artırılması

Fon der Lyayen deyib ki, Ukrayna gələcəkdə Rusiyadan gələn istənilən hücumu dəf etmək üçün kifayət qədər güclü olmalıdır. Aİ artıq Ukraynaya 50 milyard avro dəyərində hərbi yardım edib.

"Amma indi yardım məntiqindən müdafiə sənayelərimizin inteqrasiyası məntiqinə keçməliyik", – deyə o bildirib.

Bu məqsədlə, Aİ üzv ölkələrə Ukraynanın müdafiə sənayesinə birbaşa sifarişlər yerləşdirməyi təşviq edir. Bu, Ukraynanın hərbi səylərinə dəstəyin ən effektiv və qənaətcil yoludur. Fon der Lyayen əlavə edib ki, diqqət müdafiə texnologiyalarına və innovasiyalara yönəldiləcək. Məqsəd – Ukraynanı istənilən potensial hücumçu üçün məğlubedilməz etməkdir.

2. Rusiyanın müharibə apara bilmə qabiliyyətini zəiflətmək

Fon der Lyayen bildirib ki, Rusiya ordusunun maliyyə mənbələrinin başında yanacaq ixracı durur. Müharibənin əvvəlində Aİ hər ay Rusiya təbii yanacağına 12 milyard avro xərcləyirdi, bu gün bu rəqəm 1.8 milyard avroya enib.

"Biz artıq Putinin imkanlarını maliyyələşdirməyi dayandırmalıyıq", – deyə o bildirib.

Bununla əlaqədar, Aİ Rusiyayla yeni enerji müqavilələrinin bağlanmasını qadağan etməyi planlaşdırır. Bu, Rusiya təbii yanacağından tam imtina təklifinin bir hissəsi olacaq. Bazarda Rusiya qazı idxalına 2025-ci ilin sonuna qədər qadağa qoyulacaq.

Fon der Lyayen əlavə edib ki, Aİ boru kəmərləri və LNG (maye təbii qaz) daxil olmaqla, Rusiya qazının digər bütün formalarının idxalını 2027-ci ilin sonuna qədər dayandırmağı planlaşdırır. Bundan əlavə, Rusiyanın “kölgə donanmasına” qarşı nəzarət gücləndiriləcək.

3. Ukraynanın Aİ-yə üzvlüyü

Fon der Lyayen bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü onun təhlükəsizliyi üçün ən güclü zəmanət ola bilər.

Ukrayna mətbuatı yazır ki, fon der Lyayen Vladimir Putinə etibar edilməyəcəyini vurğulayaraq, onun yalnız güclə saxlanıla biləcəyini deyib. Avropa öz müdafiə sənayesini gücləndirməli və sürətləndirməlidir, çünki Rusiya hazırda bütün Avropa ölkələrini müdafiə istehsalında qabaqlayır.

Daha əvvəl fon der Lyayen “Avropanın Yenidən Silahlandırılması” planını təqdim etmişdi. Bu təşəbbüs Avropanın təhlükəsizliyi üçün 800 milyard avroya qədər vəsaitin səfərbər edilməsini nəzərdə tutur. Bu təşəbbüs həmçinin Ukraynaya dəstəyi də əhatə edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri