Ukraynanın NATOya üzv olmasına imkan verməyəcəyik Lavrov
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın NATO-da iştirakının qəbuledilməz olduğunu bildirib.
Publika.az xəbər verir ki, Lavrov Rusiyaya səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə görüşüb.
Görüş zamanı Rusiya ilə Macarıstan arasında müxtəlif sahələrdə əlaqələr və beynəlxalq məsələlər müzakirə olunub. Ukrayna böhranına toxunan Lavrov bəyan edib ki, böhranın həlli üçün əsas səbəblər aradan qaldırılmalıdır:
“Səbəblərdən biri NATO-nun şərqə doğru irəliləmək və Ukraynanı udmaq cəhdidir. Bu, Rusiya sərhədləri üçün hərbi təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. Biz buna imkan verməyəcəyik".
O, həmçinin Rusiya ilə Ukrayna arasında danışıqların bərpası məsələsinə də toxunub: "Ölkəmizin qanuni maraqlarının hərtərəfli nəzərə alınması istiqamətində Ukrayna ilə danışıqlara hazırıq".
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Dekabr 2024 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















