Icma.az
close
up
RU
Parisdə Ukraynanın taleyi həll olunacaq?

Parisdə Ukraynanın taleyi həll olunacaq?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qərb liderləri Ukrayna məsələsinə görə yenidən toplaşacaqlar. Belə ki, sentyabrın 4-də Parisdə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa liderlərinin növbəti görüşü baş tutacaq. “The Financial Times” qəzetinin məlumatında qeyd olunur ki, Parisdəki görüşdə Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun Baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcək. Görüşə, həmçinin ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski də qatılacaq.  Qəzet qeyd edir ki,  Qərb liderlərinin bu dəfəki görüşündə Ukraynanın taleyi ilə bağlı bir sıra önəmli məsələlər müzakirə olunacaq. Xatırladaq ki, avqustun 18-də Vaşinqtonda Ağ Evdə Trampın Avropa liderləri - Makron, Merts, Starmer, Rutte, Lyayen və Zelenski ilə görüşü baş tutub - bu görüşdə müharibədən sonrakı dövrdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələ əsas müzakirə predmenti olub. Hazırda həm Prezident Donald Tramp, həm də Avropa ölkələrinin liderləri bu ilin sonuna yaxın Ukraynada müharibəni bitirmək və atəşkəsə nail olmaq, o cümlədən post-müharibə dövründə Ukraynanın təhlükəsizliyinin təminatına yönələn zəmanətlərin hazırlanmasına dair plan üzərində işləyirlər - hazırki görüşlərin başlıca məqsədi məhz bu istiqamətə yönəlib.

Parisdə vacib məsələlər müzakirə olunacaq

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Paris görüşündə Ukraynanın taleyinə təsir göstərəcək məsələlərə diqqət yetiriləcək. “Üç gündən sonra Parisdə baş tutacaq görüşdə Avropa liderləri əsasən Ukraynanın təhlükəsizliyi, xüsusilə də Aİ-nin Ukraynaya hərbi-maliyyə dəstəyinin davam etdirilməsi, Ukraynanın daha effektiv müasir silahlarla təmin olunması və Avropa ölkələrinin Ukraynanın müdafiəsinin möhkəmləndirilməsi istiqamətində gələcək addımları barədə müzakirələr aparacaqlar. Hətta Rusiya ilə müharibə bitdikdən sonra təmas xətti boyunca atəşkəsi təmin etmək üçün Ukraynaya xüsusi hərbi kontigentin göndərilməsi ilə bağlı məsələyə də toxunula bilər. Bugünlər Avropa ölkələri ABŞ-dan baha qiymətə həm müdafiə, həm də hücum xarakterli silahlar alaraq Ukraynaya ötürürlər,” - deyə S.Hümbətov vurğulayıb ki, Trampın Paris görüşündə iştirak edib - etməyəcəyi vəziyyətdən asılı olacaq. “Ola bilsin ki, Tramp bu görüşdə iştirak etsin. Amma bu, baş tutmaya da bilər. Xüsusi bir məqamı da qeyd edim ki, Avropa liderləri Trampın Putinə münasibətini birmənalı qarşılamırlar, eyni zamanda Aİ-nin Ukrayna məsələsində mövqeyini gücləndirmək niyyəti güdürlər.  Bu baxımdan Avropa liderləri Trampın Parisdə keçiriləcək görüşdə iştirak etməsini istəməyə də bilərlər”.

Moskva təhlükəsizlik zəmanətlərindən narahatdır

Politoloq Oqtay Qasımov qəzetimizə şərhində bildirib ki, Parisdə keçirilməsi nəzərdə tutulan Qərb liderlərinin geniştərkibli görüşü bu yaxınlarda baş tutan Vaşinqton görüşünün davamı kimi qiymətləndirilə bilər. “Bu gün aparılan müzakirələrin mahiyyətində Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi əsas prioritet hədəf hesab olunur. Ümumi rəy ondan ibarətdir ki, atəşkəs dövründə hərbi eskalasiyanın qarşısını almaq üçün Ukrayna xüsusi təhlükəsizlik mexanizmlər ilə təmin olunmalıdır. Əsas məsələ burasındadır ki, Rusiya Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı qaldırılan məsələyə isti yanaşmır - Moskva Ukraynaya çox məhdud çərçivədə təhlükəsizlik zəmanətlərinin verilməsini istəyir. Kreml müxtəlif manipulyasiyalar vasitəsilə buna əngəl olmağa çalışır,” - deyə O.Qasımov əlavə edib ki, Alyaskada Putinlə görüşdən sonra Trampın mövqeyində dəyişiklik hiss olunur: “Alyaska görüşündən əvvəl Tramp Moskvaya ciddi şəkildə xəbərdarlıq edirdi, Kremli danışıqlar masasına çağırırdı. Amma son zamanlar əvvəlki fəallığı nümayiş etdirmir. Ağ Ev rəhbərinin Ukrayna ilə bağlı son bəyanatlarından belə görünür ki, o, Rusiyanın prosesi pozmaq taktikasından yorulub və artıq bunu qəbul edir”.

Əsas prioritet təhlükəsizlikdir

“Qərb ölkələri Ukraynanın Rusiyaya qarşısında məğlub duruma düşməsində maraqlı deyillər. Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində daha çox intensiv addımlar atılacaq, Ukrayna daha müasir silah-sursatla təmin olunacaq,” - deyə O.Qasımov qeyd edib ki, Paris görüşündə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi geniş müzakirə olunacaq. “Növbəti görüşdə Ukraynanın təhlükəsizliyinə dair prinsipial razılaşma əldə oluna bilər. Ancaq yekun qərarın nə zaman qəbul ediləcəyi barədə indidən proqnoz vermək qeyri-mümkündür”.

Putin bu görüşə qatılacaq?

Qərb KİV-lərində dolaşan bəzi iddialara görə, sentyabrın 4-də Parisdə baş tutacaq görüşə Rusiya Prezidenti Vladimir Putin də qoşula bilər - belə iddia olunur ki, Paris görüşü çərçivəsində Tramp, Zelenski və Tramp arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. O.Qasımov bu iddiaların əsassız olduğunu bildirib: “Putinin Parisdəki görüşdə iştirak etməsi inandırıcı görünmür. Birincisi, o, hazırda Çində səfərdədir, ikincisi isə Moskva hələ ki, belə görüşlərə hazır deyil. Ona görə də Parisdə Tramp, Putin və Zelenski arasında üçtərəfli görüşün keçirilməsi ehtimalı yoxdur”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri