“UN Women”in nümayəndəsi: İqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qadınlar iqlim fəaliyyətinin ön sıralarındadır və şəffaflıq hesabatlarında təmsil olunmalıdırlar.
“Report” xəbər verir ki, bunu “UN Women”in iqtisadi hüquqların genişləndirilməsi şöbəsinin rəhbəri Cemima Ndzuki "Gender Bərabərliyi Günü. Şəffaflıqda Gender Tərəflər Konfransının 29-cu sessiyası"nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi qadınların həyatına ciddi təsir göstərir, lakin bu təsir çox vaxt cəmiyyət tərəfindən tanınmır: "Proqnozlarımıza görə, ən pis iqlim ssenarisində 2050-ci ilə qədər iqlim dəyişikliyi 158 milyondan çox qadını yoxsulluğa sürükləyəcək və 236 milyon qadın üçün ərzaq təhlükəsizliyi problemini daha da ağırlaşdıracaq".
C.Ndzuki dünya birliyini gender bərabərsizliyi problemlərinə daha çox cəlb olunmağa və qadınların əsas vəzifələrdə təmsilçiliyinə diqqət yetirməyə çağırıb: "Bundan addım hər kəs faydalanacaq və qadınlar üçün də davamlı gələcəyi təmin edə biləcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















