Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

UNESCO ermənilərin “Köçəri” yalanına necə inandı...

UNESCO ermənilərin “Köçəri” yalanına necə inandı...

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uzun illərdi tarixi həqiqətləri, rəsmi sənədləri saxtalaşdıraraq dünya ictimaiyyətində yanlış fikirlər formalaşdıran eməni təbliğat maşını gecə-gündüz dayanmadan işləyir. Azərbaycan, türk  mədəniyyət nümunələrini utanıb-çəkinmədən özlərininki kimi dünyaya göstərirlər. Halbuki bu xalq heç vaxt mədəniyyət yaratmayıb. Ermənilər 200 ildən çoxdur ki, Azərbaycan, türk mədəniyyətini oğurlayıb özlərinə saxta mədəniyyət yaradırlar.

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi dünyaya təqdim olunur:

Azərbaycanın mədəni ənənələrinin mənimsənilməsi ermənilərdə lap keçmişdən bir vərdiş halını alıb.

Bəzi erməni ziyalılarının, elm və mədəniyyət xadimlərinin özlərinin söylədiyi açıqlamalardan məlum olur ki, bu xalqın musiqisi digər qonşu xalqların musiqi mədəniyyətindən nəinki bəhrələnib, hətta mənimsənilibdir.

Erməni ədəbiyyatşünası S.Palasanyan hələ 1868-ci ildə Sankt-Peterburqda erməni dilində nəşr etdirdiyi “Erməni nəğmələri” adlı kitabında yazırdı: “… biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik və özümüzünkü kimi təqdim edirik”.

M.Nalbadyan adlı erməni müəllifi “Qədim şeir və nəğmələr haqqında” kitabında yazır ki, “ermənilərin əksər musiqi və nəğmələri türklərdən (azərbaycanlılardan) götürülüb. Mən ermənilərin yaşadığı bir çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”.

Bəli, ermənilərin Azərbaycan mədəni irsinə, xüsusilə də rəqs sənətinə qarşı plagiat fəaliyyəti uzun illərdir ki, müşahidə olunur. Onlar bir çox milli rəqslərimizi öz adlarına çıxarmağa çalışıblar. Bu, təkcə mədəniyyətimizi deyil, həm də tariximizi təhrif etmək məqsədi daşıyır.

Öz musiqi mədəniyyətini süni şəkildə qədimləşdirən erməni bəstəkarları yazdıqları əsərlərdə hər zaman Azərbaycan xalq musiqisindən, xüsusilə də, rəqs havalarından bir xammal kimi istifadə ediblər.

Erməni plagiatlığının hədəfinə tuş gələn Azərbaycan rəqslərdindən biri “Köçəri”dir.

“Köçəri” rəqsinin ermənilər tərəfindən mənimsənilməsi uzun illərdir ki, həm yerli, həm də beynəlxalq mədəniyyət dairələrində müzakirə mövzusudur.

Ermənilər həyasızcasına iddia edirlər ki, guya onlar “Koçari” adlandırdıqları bu rəqsi təbiətin kult olduğu bütpərəstlik dövründə yaradıblar (?). Ermənilər izah etməyə çalışırlar ki, rəqs heyvana – qoça sitayişlə bağlıdır. Maraqlıdır ki, “koç” (qoç) türk mənşəli sözdür.
“Köçəri” Ermənistanın 4 ən yaxşı rəqsi sırasına daxil edilib. Bununla bağlı dayanmadan təbliğat aparan ermənilər müxtəlif beynəlxalq musiqi festivallarında “Köçəri”ni ifa etməklə qədim xalq olduqlarını dünyaya göstərməyə çalışıblar.

Hətta “Eurovision-2011” müsabiqəsində Ermənistan müğənnisinin ifa etdiyi mahnıya bu rəqsi də əlavə etmişdilər.

O zaman Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi rəqsin tarixi, onun Azərbaycan xalqına bağlılığı, hətta “köçəri” sözünün etimologiyası barəsində geniş araşdırma hazırlayaraq onu Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərib.

Ancaq erməniləri dayandırmaq mümkün olmayıb. Onlar dəfələrlə bu rəqsi UNESCO-ya “etnik erməni rəqsi” kimi təqdim ediblər.

Nəhayət erməni təbliğat maşını UNESCO-nu da öz saxtakarlığına inandırmağa nail olub.
Belə ki, 2017-ci ilin 6 dekabrında Cənubi Koreyanın Jeju adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycan milli rəqsi olan “Köçəri” Ermənistana məxsus rəqs kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Azərbaycan xalqının mənəvi dünyası ilə sıx bağlı olan bu rəqsin “erməni xalq rəqsi” kimi UNESCO-da Qeyri-Maddi Mədəni İrs siyahısına salınması böyük yanlışlıq idi.

“Köçəri” Azərbaycanın məşhur xalq rəqslərindən biridir və qədim türk köçəri həyat tərzini simvolizə edir. Bu rəqs adından da göründüyü kimi, “köç” – yəni hərəkət, yerdəyişmə, köçəri həyatla bağlıdır. Rəqsin ritmi, ifa tərzi və plastikasında döyüş ruhu, birliyə çağırış və qəhrəmanlıq motivləri hiss olunur. Azərbaycanın müxtəlif bölgələrində “Köçəri” rəqsinin fərqli variantları mövcuddur (məsələn, Qarabağ, Naxçıvan, Şəki və s.).

Azərbaycanın mədəniyyət xadimləri və folklorşünaslar “Köçəri”nin erməni xalq rəqsi kimi qəbul olunması məsələsinə dəfələrlə etirazlarını bildirib, tarixi və elmi sübutlarla bu rəqsin Azərbaycanla bağlı olduğunu izah ediblər.

Azərbaycanın Mədəniyyət Nazirliyi UNESCO-ya bu məsələ ilə bağlı müraciətlər edib.

Təəssüf ki, bu müraciətlər nəticəsiz qalıb və “Köçəri” rəqsinin ermənilərin adına rəsmiləşdirilməsi aradan qaldırılmayıb.


“Köçəri” rəqsinin adı türk mənşəli “köç” sözündən götürülüb. “Köç” sözünün bütün formaları Azərbaycan türkcəsi, türk, türkmən və digər türk dillərində eyni mənanı daşıyır: bir yerdən başqa yerə köçmək; köçəri ailə, tayfa və ya qəbilə…

Folklorşünas-alim, professor Məhərrəm Qasımlının sözlərinə görə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Adından da göründüyü ki, türklərin rəqsidir, özündə ermənilərin həyat tərzini əks etdirmir.

“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür. Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib.

“Köçəri” rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılıb. Naxçıvanın Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilən bu rəqs, toy və el şənliklərinə də xüsusi rövnəq verir.

“Köçəri” rəqsi üçvariantlıdır: Kişilərin, qadınların, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə ifa edilir.

“Köçəri” rəqsi azərbaycanlılar özlərinin ata-baba yurdlarından, yəni Qərbi Azərbaycandan (indiki Ermənistandan) tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda (1988-ci ilədək) onların ifa etdikləri çox populyar rəqs olub.

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri