Icma.az
close
up
RU
“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

Icma.az, Tribuna saytına istinadən bildirir.

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb.

Tribunainfo.az Valyuta.az-a istinadən xəbər verir ki, söhbət “Unicapital İnvestisiya Şirkəti”ndən gedir.

Belə ki, investisiya şirkətinin bu ilin yanvar-mart aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 1723 əqd üzrə 591 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% və ya 216,7 milyon manat azdır. Halbuki, şirkətin 2024-cü ilin ilk rübündə daxili birja dövriyyəsi 1071 əqd üzrə 807 milyon 782 min manata bərabər olmuşdu.

“Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 343 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 54,5% azalma deməkdir.

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 224 milyon 535 min manatı korporativ istiqrazların, 309 milyon 143 min manatı repo əməliyyatlarının payına düşüb.

Portfeldə dövlət istiqrazlarının payı 48 milyon 831 min manat, AMB-nin notları 7 milyon 597 manat, səhmlər isə 927,3 min manat təşkil edib.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. Şirkətin qanuni təmsilçisi isə Vüqar Namazovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 11 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri