Icma.az
close
up
RU
Unutqanlıq təhlükə siqnalı ola bilər XƏBƏRDARLIQ

Unutqanlıq təhlükə siqnalı ola bilər XƏBƏRDARLIQ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə təkrarlanan, getdikcə artan və gündəlik həyata təsir edən unutqanlıqların "normal" sayılmaması tövsiyə olunur.

Türkiyəli nevroloq Hasan Armağan Uysalın sözlərinə görə, hər unutqanlıq eyni deyil və normal unutqanlıqla xəstəliyə bağlı yaddaş problemləri arasında ciddi fərq var. O bildirib ki, adi hallarda insan unutduğu məlumatı sonradan xatırlaya bilir, lakin xəstəliyə bağlı unutqanlıqda məlumat tam itir və insan eyni sualları dəfələrlə təkrarlayır, bunu isə özü fərq etmir.

Qeyd edib ki, gündəlik həyata təsir edən əlamətlər, məsələn tanış yerdə yolunu itirmək, maliyyə işlərində çətinlik, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik ciddi siqnal hesab olunmalıdır.

Unutqanlığın ən çox bilinən səbəblərindən biri olan Alzheimer xəstəliyinin adətən gizli başladığını deyən həkim vurğulayıb ki, ilkin mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrar olunur və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə insanın qərarvermə və gündəlik həyatı təşkil etmə qabiliyyəti zəifləyir.

Bununla yanaşı, hər unutqanlığın ciddi nevroloji problem olmadığını deyən həkim, xüsusilə gənclərdə səbəblərin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, yuxusuzluq, stress, depressiya və rəqəmsal informasiya yükü diqqəti zəiflədir və bu da yaddaş problemləri kimi özünü göstərir.

Mütəxəssis unutqanlıq artdığı və ya davranış dəyişiklikləri ilə müşayiət olunduğu halda gecikmədən həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnozun xəstəliyin gedişini idarə etmək və həyat keyfiyyətini qorumaq baxımından mühüm rol oynadığı vurğulanır.

Həkim həmçinin yaddaşı qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Müntəzəm idman, keyfiyyətli yuxu, sosial aktivlik və yeni biliklər öyrənmək beynin sağlam qalmasına kömək edir.

Həmçnini vurğulanıb ki, xüsusilə vitamin çatışmazlığı və ya psixoloji səbəblərlə bağlı olduqda unutqanlıq geri dönə bilər. Lakin Alzheimer kimi xəstəliklərdə tam sağalma mümkün olmasa da, düzgün müalicə ilə prosesi yavaşlatmaq mümkündür./Milli.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see322

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see301

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see295

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see282

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see281

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see274

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see272

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see270

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see246

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see233

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see231

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see229

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see227

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see224

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see224

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see217

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see212

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see211

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see202

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri