Icma.az
close
up
RU
Ürək sağlamlığını necə qoruyaq? ARAŞDIRMA

Ürək sağlamlığını necə qoruyaq? ARAŞDIRMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

DASH pəhrizi ardıcıl ikinci ildir ki, ürək sağlamlığı üçün ən yaxşı pəhriz kimi tanınıb.

Redaktor.az xəbər verir ki, nəticələr New England Journal of Medicine (NEJM) jurnalında dərc edilib.

Mütəxəssislər ümumilikdə 38 pəhrizi 21 meyar üzrə qiymətləndiriblər. Qiymətləndirmə zamanı elmi əsaslandırma, balanslılıq, effektivlik və gündəlik həyatda tətbiqin asanlığı nəzərə alınıb. DASH pəhrizi sübut olunmuş sağlamlıq faydalarına, universallığına və sərt qida qadağalarının olmamasına görə yüksək bal toplayıb. Bu pəhriz çərçivəsində hər hansı qida qrupu tamamilə rasiondan çıxarılmır.

Qeyd edək ki, DASH pəhrizi ilkin olaraq arterial təzyiqin azaldılması məqsədilə hazırlanıb. Rasion liflə zəngindir və ürək-damar sistemi üçün vacib olan kalium, kalsium və maqnezium kimi mineralların yüksək miqdarda qəbulunu nəzərdə tutur. Pəhrizdə doymuş yağların və xolesterinin istehlakı məhdudlaşdırılır, əsas diqqət isə meyvə-tərəvəzə, tam taxıllı məhsullara, balığa, quş ətinə, qoz-fındığa və az yağlı süd məhsullarına yönəldilir. Eyni zamanda şirniyyatlar, əlavə şəkər və qırmızı ətin istehlakı azaldılır.

DASH pəhrizinin hazırlanmasında iştirak etmiş Pennington Biomedikal Tədqiqat Mərkəzinin professoru və sertifikatlı dietoloqu Ketrin Şampan bildirib ki, bu pəhrizin yenidən təzyiqə nəzarət üçün birinci, ümumi pəhrizlər arasında isə ikinci yeri tutması sevindiricidir. Onun sözlərinə görə, təxminən 20 ildir ki, DASH pəhrizi insult və ürək-damar fəsadları riskinin azaldılmasında effektivliyini sübut edir.

Bununla yanaşı, U.S. News & World Report 2026-cı il üçün qidalanma və sağlamlıq sahəsində əsas trendləri də açıqlayıb. Siyahıya GLP-1 preparatlarının genişləndirilmiş istifadəsi liderlik edir. Bu dərmanlar artıq təkcə çəki azaldılması və diabetin müalicəsi üçün deyil, həm də ürək-damar, böyrək və digər xroniki xəstəliklərin profilaktikası üçün perspektivli vasitə kimi qiymətləndirilir. Digər trendlər arasında “qida dərman kimi” yanaşması və süni intellektin daşına bilən texnologiyalarla inteqrasiyası yer alır.

Mütəxəssislərin fikrincə, DASH pəhrizinin uğuru fundamental elmi araşdırmaların gündəlik qidalanma vərdişlərinə birbaşa təsir göstərə bildiyini və milyonlarla insan üçün xroniki xəstəlik risklərini azaltdığını aydın şəkildə nümayiş etdirir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri