Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

Ürəklərdə boy atmış abidə həyatda da ucalacaqmı?

Ürəklərdə boy atmış abidə həyatda da ucalacaqmı?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

XQ-nin ictimai müzakirəsi

Azərbaycan xalqının sosial-mədəni və ictimai-siyasi fikir tarixində görkəmli şəxsiyyətlər çox olmuşdur. Bu tarixin müxtəlif mərhələlərində onların hamısının özünəməxsus yeri və mövqeyi, silinməz izləri vardır. Ancaq elə şəxsiyyətlər də var ki, onların ömür-gün salnaməsi illərin, ayların çərçivəsinə sığışmır, adları tarixin nəhayətsiz üfüqlərinə həkk olunur. Bu üfüqlərdə onların əzəməti, mənəvi ucalığı və doğmalığı daha aydın və parlaq görünür.

Görkəmli ictimai-siyasi və dövlət xadimi, fədakar səhiyyə qurucusu Əziz Məmmədkərim oğlu Əliyev tarixdə silinməz izini, xalqımızın qəlbində mənəvi heykəlini ucaltmış nadir şəxsiyyətlərdəndir.

Görkəmli şair-publisist, ictimai və dövlət xadimi, Əməkdar mədəniyyət işçisi Hidayətin “Xalq qəzeti”nin 10 aprel 2025-ci il tarixli nömrəsində çap olunmuş “Əziz Əliyevin heykəli hardadır?” adlı məqaləsini dönə-dönə oxuyandan sonra mən də Əziz Əliyevin ürəklərdəki heykəlinin onun xidmətində olduğu torpaqda niyə ucalmamasına təəssüf etdim.

Yüksək mənəvi ucalıqda abidəsi ucalan Əziz Əliyevin Bakının yaraşıqlı meydanlarının birində heykəlinin olmaması məni və mənim kimi minlərlə, on minlərlə insanı bir daha düşünməyə vadar etdi. Axı doğrudan da, xalqımızın taleyüklü məsələlərini çiyinlərində daşıyan, kommunist rejiminin sərt qadağalarına mərdliklə sinə gərib xilaskarlıq missiyasını yerinə yetirən bu görkəmli şəxsiyyətə niyə heykəl qoyulmasın? Niyə gül-çiçək dəstələri Əziz Məmmədkərim oğlu Əliyevin heykəlini bəzəməsin?

Onu da qeyd edim ki, sevimli ədibimiz Hidayətin hələ keçən əsrin 90-cı illərində bu dahi insana həsr etdiyi silsilə məqalələri (“Qurucu Əziz”, “Əziz Əliyev Dağıstanda”, “Odlar Yurdunun və Dağlar diyarının iftixarı”) Azərbaycan və rus dillərində çap olunmuşdur. Qətiyyətlə deyə bilərəm ki, bu məqalələr yalnız Hidayətin Əziz Məmmədkərim oğluna bəslədiyi sevgi və ehtiramın ifadəsi deyil, bu həm də müəllifin yüksək vətəndaşlıq qayəsinin əks-sədasıdır.

“Əziz Əliyevin heykəli hardadır?” sualı ritorik səciyyə daşımır. Bu sual xalqımızın XX əsr ictimai-siyasi tarixində xüsusi rolu olan Əziz Əliyevin fəaliyyətinə bir də nəzər salmağa, dünyanın müxtəlif guşələrinə səpələnmiş milyonlarla soydaşımızı milli dəyərlərimizi qorumağa çağıran tarixi bir sualdır. Görkəmli şəxsiyyətlər öz xalqının milli dəyərləridir, bu dəyərlər uca tutulmalı, ucalıqda qorunub dərk olunmalı və qiymətini almalıdır.

Zamanın özünün səsləndirdiyi sualın təməlində çox mətləblər dayanır. Əziz Əliyevin saflığı və əzəməti, ictimai-siyasi xadim, əsl Azərbaycan övladı kimi ölkə, xalq qarşısındakı əvəzsiz xidmətləri... və bir də milli mentalitetimizdən çıxara bilmədiyimiz biganəliyin, laqeyd münasibətin ifadəsi. Həyatı təlatümlər və keşməkeşli hadisələr içərisində keçən Əziz Əliyev ermənilərin türklərə qarşı yürütdüyü soyqırımı siyasəti nəticəsində doğma yurdu İrəvandan Naxçıvana, oradan da Güney Azərbaycanın Ərəblər kəndinə pənah aparmış, ata-anasını da burada itirmişdi. Lakin çətin sınaqlar, ağır məhrumiyyətlər onun iradəsini sındıra bilməmişdi. Həyatının mənasını doğma xalqına xidmətdə görən Ə.Əliyev Azərbaycan Tibb İnstitutunun rektoru, Azərbaycan Xalq Səhiyyə komissarı, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin katibi və digər yüksək vəzifələrdə çalışarkən öz amalına həmişə sadiq qaldı.

Əziz Əliyev SSRİ Müdafiə Komitəsinin qərarı ilə polkovnik rütbəsində İrandakı 47-ci ordunun Hərbi Şurasının siyasi rəhbəri və üzvü kimi çox səmərəli fəaliyyət göstərmişdir. Yeddi nəfərdən ibarət olan bu qrupun Təbrizdə, Ərdəbildə, Urmiyada, Zəncanda, Mərənddə həyata keçirdiyi milli-ideoloji tədbirlər Güney Azərbaycanda milli azadlıq hərəkatının və milli şüurun yüksəlməsində mühüm rol oynamışdır.

Qeyd edək ki, bu qrupa Əziz Əliyevdən başqa, Ənvər Məmmədxanlı, Osman Sarıvəlli, Süleyman Rüstəm, Qulam Məmmədli, Mehdixan Vəkilov, İsrafil Nəzərov kimi tanınmış şəxsiyyətlər daxil idi. Bu insanların milli-mənəvi potensialından çox məharətlə istifadə edən Əziz Əliyev üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirmişdir. Ümumiyyətlə, II Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə xalqların birliyini və qələbəyə inamını təmin etmək istiqamətində Əziz Əliyevin göstərdiyi xidmətlərin sayı-hesabı yoxdur. Xüsusilə, o illərdə Dağıstana rəhbərlik edərkən – Muxtar Respublikada Partiya Komitəsinin birinci katibi olarkən o, yalnız vəzifə borcunu yerinə yetirməmiş, həm də qardaş xalqın xilaskarı olmuşdur.

Hidayət müəllimin qeyd etdiyi kimi, Əziz Əliyev bu dağlar diyarının xalqlarını amansız repressiya maşınının ağzından xilas etmişdir. Dağıstanlılar indi də bunu minnətdarlıqla xatırlayırlar. Çünki Dağıstan xalqlarının sürgün olunması barədə Kremlin məxfi qərarının reallaşması hər an gündəlikdə olan məsələsi idi. Əziz Əliyev Stalinin bu qorxunc və dəhşətli qərarının həyata keçirilməsinin qarşısını müdrikcəsinə yüksək fədakarlıqla almışdır. Hidayət müəllimin təbiri ilə desək, “Göydə Allah idi, Moskvada Stalin, Dağıstanda... Əziz Məmmədkərim oğlu”.

Görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 18 noyabr 2016-cı il tarixli sərəncamında deyilir: “Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbyacan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə bağlıdır”.

Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olmuş, yüksək orden və medallara, bir çox təltiflərə və mükafatlara layiq görülmüşdür. Onun ən böyük mükafatı isə milyonların ürəyində sonsuz məhəbbətlə anılıb özünə ucaltdığı abidədir. Bu mənəvi abidəni əzəmətli və gözəl bir görkəmdə maddi mədəniyyət abidəsinə çevirməyin vaxtı deyilmi?!.

1897-ci il yanvarın 1-də İrəvan qəzasının Hamamlı kəndində dünyaya göz açan – İrəvanda, Naxçıvanda, Güney Azərbaycanda, Sankt-Peterburqda, Dağıstanda ağır və çətin illərin sınaqlarında mətinləşə-mətinləşə qurub-yaradan Əziz Məmmədkərim oğlu Əliyevin Bakıda heykəlinin ucaldılması onun anadan olmasının 130 illiyinə ən böyük töhfə olardı.

Avtandil AĞBABA,
filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see349

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see316

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see303

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see300

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see292

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see291

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see257

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see254

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see219

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see216

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see215

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see206

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see205

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see202

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see198

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see196

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see193

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see192

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see175

Radiatorlarınızın daha tez isinməsi üçün bu əşyanı evinizdən çıxarın!

13 Oktyabr 2026 16:15see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri