Icma.az
close
up
RU
Uşağınız dırnağını yeməklə sizə nə demək istəyir?

Uşağınız dırnağını yeməklə sizə nə demək istəyir?

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaqlarda dırnaq yemə davranışı valideynlərin tez-tez rast gəldiyi və narahatlıq yaratdığı hallardan biridir.

Pravda.az bildirir ki, bu vərdişin arxasında müxtəlif psixoloji və sosial faktorlar dayanır və uşaqların ağızlarına fərqli obyektlər (məsələn, qələm, oyuncaq, saç və s.) saldıqları da müşahidə olunur.

Uşaqlar niyə dırnaq yeyir?

Dırnaq yemə davranışı çox zaman uşağın yaşadığı daxili və ya ətraf mühitlə bağlı narahatlıqların nəticəsi olaraq ortaya çıxır. Bu davranışı yaradan əsas səbəblər bunlardır:

Stress

Narahatlıq

Tək qalmaq

Qorxu

Diqqət çatışmazlığı

Həyəcan

Qəzəb

Özünə inamın aşağı olması

Bu halların fonunda uşağın psixoloji inkişafını və sosial çevrəsini araşdırmaq səbəblərin müəyyən edilməsinə kömək edə bilər.

Məktəbəqədər dövrdə dırnaq yeməyə səbəb ola biləcək faktorlar:

Bacı-qardaş qısqanclığı

Avtoritar və sərt valideyn münasibəti

Şiddətə məruz qalmaq

Ayrılma qorxusu

Güvən problemi

Ana-ata laqeydliyi

Məktəb yaşında olan uşaqlarda isə səbəblər fərqli ola bilər:

İmtahan narahatlığı

Müəllim qorxusu

Məktəb fobiyası

Aşağı akademik nəticələr

Öyrənmə çətinlikləri

Diqqət pozuntusu

Uşaqlar ətraflarını müşahidə edərək davranış öyrənirlər. Əgər onların ətrafında dırnaq yeyən bir böyüklə qarşılaşarlarsa, bu davranışı təqlid etmələri çox təbiidir.

Dırnaq yemənin qarşısını necə almaq olar?

Valideynlərin buraxdığı ən böyük səhvlərdən biri uşağı hər dəfə bu davranışa görə sərt dillə danlamaqdır. Məsələn: "Əlini ağzından çək!" və ya "Yemə dırnağını!" demək problemi daha da artırır.

Bu məqamlara diqqət yetirmək tövsiyə olunur:

İlk mərhələdə uşağın bu davranışı görməzdən gəlinməlidir.

Dırnaq yeməyə səbəb olan hallar müşahidə edilməli, nə zaman bu vərdişə əl atdığı izlənməlidir.

Məsələn, əgər televizora baxarkən edirsə, izlədiyi proqramların məzmunu sizə ipucu verə bilər.

Ən əsas səbəblərdən biri maraq və diqqət çatışmazlığıdır. Uşağınıza yetərli diqqət və sevgi göstərsəniz, bu vərdişin azaldığını müşahidə edəcəksiniz.

Dırnaq yeməyə başladığı anda onu başqa bir fəaliyyətlə məşğul etmək də təsirli olar. Məsələn, puzzle düzəltmək.

Bu cür fəaliyyətlər həm dırnaq yemənin qarşısını alacaq, həm də uşağın əllə əlaqəli bacarıqlarının inkişafına töhfə verəcək.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 14 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see288

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see159

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri