Icma.az
close
up
RU
Uşağınız tez tez xəstələnir? Çarəsi bu YAZIDA

Uşağınız tez tez xəstələnir? Çarəsi bu YAZIDA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Mövsümlə əlaqədar, havaların soyuması ilə birgə kəskin respirator virus infeksiyaları çoxalmağa başlayır. Bu dövrdə uşaqların sağlamlığını və immunitetini möhkəmləndirmək üçün bəzi tədbirlər görülə bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova mövsüm dəyişikliyi zamanı uşaqlarda rast gəlinən viruslardan və bu mövsümdə uşaqları qorumağın yollarından danışarkən bildirdi.

Həkim qeyd etdi ki, heç bir dərman maddəsi, vitamin, immunitet siropları və s. uşağın immunitetini və sağlamlığını virus infeksiyalarından tam qorumaqda effektiv deyil:

"Bu vasitələr yalnız müəyyən mənada dəstək ola bilər. Məsələn, uşaqda vitamin çatışmazlığı varsa və ya ümumiyyətlə uşaq zəif qidalanırsa, kifayət qədər meyvə və tərəvəz qəbul etmirsə, balanslı qidalanma rejimi yoxdursa, müəyyən mənada müvəqqəti dəstək kimi verilə bilər. Lakin bu o demək deyil ki, uşağı bir mövsüm boyunca vitaminlərlə və digər əlavələrlə yükləmək olar. Bu, düzgün deyil və uşağın immunitetini gücləndirəcəyik deyib həzm sistemini və digər sistemləri pozmaq doğru deyil. Valideynlərə tövsiyə olunur ki, boş-boşuna vitaminlər, mineral komplekslər və digər əlavələri həkim məsləhəti olmadan verməsinlər, çünki bunların yan təsirləri və allergik ağır reaksiyaları da ola bilər".

Şəlalə Poluxovanın sözlərinə görə, valideynlər uşaqların sağlamlığını qorumaq üçün profilaktik tədbirlər görə bilərlər:

"Düzgün və balanslı qidalanma vacibdir. Qida rasionunda protein, karbohidrat və faydalı yağlarla zəngin qidalar olmalıdır. Hər gün olmasa da, həftənin bəlli günləri uşaq ət yeməlidir, çünki ət dəmir baxımından zəngindir. İspanaq, yaşıl bitkilər, tərəvəzlər və rəngarəng meyvələr sağlamlıq üçün çox faydalıdır. Süd məhsulları kalsiumla zəngin olduğuna görə unudulmamalıdır, həmçinin paxlalı bitkilər də qidalanmada vacibdir. Bu, uşaqların sağlam və balanslı qidalanmasının əsas amillərindən biridir. Yuxu rejimi də uşaqlar üçün çox önəmlidir. Düzgün inkişaf və boy hormonunun fəaliyyəti üçün uşaqlar vaxtında yatmalıdır. Məktəb yaşlı uşaqlar axşam saat doqquzdan gec olmayaraq yatmalıdır. Ümumiyyətlə, uşaqlar yaşından asılı olaraq gündə 9-10 saat yuxu almalıdır. Gec yatmaq düzgün deyil, səhər vaxtında dərsə getmək üçün isə axşam vaxtında yatmaq çox vacibdir".

Pediatr əlavə etdi ki, uşaqların fiziki aktivliyi immunitetin güclənməsində mühüm rol oynayır:

"Hər gün ən azı bir saat havada vaxt keçirməli, oyun və idmanla məşğul olmalıdırlar. Soyuq hava uşaqların xəstələnməsinə səbəb olmur. Əsas məsələ onları hava şəraitinə uyğun geyindirməkdir. Normal geyindirilmiş uşaq həm çox tərləməməli, həm də üşüməməlidir. Belə olduqda xəstələnmə ehtimalı çox aşağıdır. Açıq havada parkda gəzinti və oyunlar uşaqların sağlamlığına birbaşa təsir edən amillərdir və mövsümi qrip infeksiyalarının qarşısının alınmasına kömək edir".

Həkim qeyd etdi ki, D vitamini də uşaqların immuniteti üçün vacibdir:

"Açıq havada vaxt keçirməyə baxmayaraq, günəş işığı ilə bədəndə kifayət qədər D vitamini sintez olunmaya bilər. Körpələrdə və kiçik uşaqlarda profilaktik D vitamini verilir. Böyük uşaqlarda isə qanda D vitamini səviyyəsi optimal olmalıdır. Əgər çatışmırsa, həkim məsləhəti ilə müalicə dozasında D vitamini qəbul olunmalıdır. Uşaqların ildə bir dəfə müayinədən keçirilməsi vacibdir. Bu, orqanizmdə vitamin və mineral çatışmazlıqlarını müəyyən etməyə və lazım olan dəstəyi təmin etməyə imkan verir. Beləliklə, qida rasionu, yuxu rejimi, fiziki aktivlik, D vitamini və müntəzəm tibbi nəzarət uşaqların immun sistemini gücləndirir və xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır", - deyə Şəlalə Poluxova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri