Icma.az
close
up
RU
Uşağınızı məktəbə belə göndərməyin Valideynlərə xəbərdarlıq

Uşağınızı məktəbə belə göndərməyin Valideynlərə xəbərdarlıq

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Tədris ili ərzində uşaqlar üçün sağlam qidalanma çox vacibdir. Türkiyəli dietoloq Tuğba Demircan bununla bağlı validynlərə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, məktəblərin açılması ilə uşaqların yemək vərdişləri yenidən gündəm mövzusuna çevrilib. Mütəxəssislər xüsusilə səhər yeməyinin həm fiziki, həm də zehni inkişaf üçün önəmli qida olduğunu vurğulayırlar.


Dietoloq Tuğba Demircan valideynlərə müraciət edərək, uşaqların günə mütləq balanslı səhər yeməyi ilə başlaması lazım olduğunu deyib.


Dietoloqun sözlərinə görə, səhər yeməyi olmadan məktəbə gedən uşaqlar gün ərzində diqqətini cəmləməkdə çətinlik çəkir. Səhər yeməyinin sağlam beyin funksiyası üçün vacib olduğunu vurğulayan Demircan deyib:

"Səhər yeməyində tam taxıllı çörək, pendir, yumurta, süd və ya qatıq, təzə tərəvəz və meyvələr olmalıdır. Uşaqlar işlənmiş, şəkərli qidalardan və qablaşdırılmış məhsullardan uzaq durmalıdırlar".


Demircan məktəb yaşlı uşaqların səhər yeməyi ilə yanaşı, gün boyu müntəzəm, sağlam qəlyanaltılar da yeməli olduğunu vurğulayaraq, məktəb çantalarına qoyula biləcək qəlyanaltılar üçün təkliflər verib:

“Qoz-fındıq, təzə meyvə, qatıq və ya tam taxıllı sendviçlər uşaqların enerji səviyyələrini yüksək saxlayacaq və onların lazımsız qidalara əl atmasının qarşısını alacaq”.


Dəmircan onu da əlavə edib ki, şəkərli və qazlı içkilər uşaqların sağlamlığına mənfi təsir göstərir, ona görə də bol su içmək vərdiş olmalıdır.

Həkim xatırladıb ki, uşaqlar xəstəliyə davamlı olmaq üçün kifayət qədər vitamin, mineral və zülal qəbul etməlidirlər:


"Balanslı qidalanma təkcə akademik müvəffəqiyyətə deyil, həm də immunitet sisteminə birbaşa təsir edir. Müntəzəm və sağlam qidalanan uşaqlar mövsümi xəstəliklərə qarşı daha davamlı olurlar."

Mütəxəssislərin fikrincə, səhər yeməyini mütəmadi olaraq yeyən və gün ərzində balanslı qidalanan uşaqlar nəinki məktəbdə daha yaxşı nəticə əldə edirlər, həm də uzun müddətli sağlam həyatın əsasını qoyurlar.


Aygün

Medicina.az



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri