Icma.az
close
up
RU
USAID in ləğvi xaos yayan, vətəndaş qarşıdurması yaradan mexanizmin dağılması deməkdir ŞƏRH

USAID in ləğvi xaos yayan, vətəndaş qarşıdurması yaradan mexanizmin dağılması deməkdir ŞƏRH

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 fevral, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti hələ ötən ilin sonunda vermişdi. Dövlətimizin başçısı dekabrda bildirmişdi ki, Donald Tramp USAID-i qadağan edə bilər. Ötən həftə Tramp administrasiya ABŞ-ın xarici yardımlarını dondurub. Hətta amerikalı sahibkar İlon Mask USAID-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Bu səbəbdən də təşkilatdan amerikalı vergiödəyiciləri qarşısında hesabat vermək tələb olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

Deputat bildirib ki, USAID-in Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsinə, xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsinə dair faktlar da bu təşkilatın iç üzünü açır.

Əslində, USAID ABŞ-ın dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAID illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edirdi. Bu qurum bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.

“USAID vaxtilə ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyirdi. Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən məhz USAID idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAID-in məkrli planının tərkib hissəsi olub. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.

USAID 2000-ci illərin əvvəllərində Azərbaycanda da xaos ssenariləri həyata keçirməyə çalışmışdı. Məqsəd isə aydın idi - Azərbaycanın inkişafına mane olmaq, ərazi itkisi ilə razılaşmaq planını reallaşdırmaq. Bu destruktiv davranışlardan aydın oldu ki, onlar Prezident İlham Əliyevin siyasətinin Azərbaycan xalqı tərəfindən dəstəklənməsini, sadəcə, həzm edə bilmirlər”, - deyə N.Məmmədova vurğulayıb.

Deputatın sözlərinə görə, USAID-in rəhbərliyində Samanta Pauer kimi qatı anti-Azərbaycan mövqeli şəxsin olması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAID faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. İşğal dövründə Qarabağ separatçılarını dəstəkləyərək öz xislətlərini açmış olurdular. Sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına və cəmiyyətin müxtəlif təbəqələrinə nüfuz edərək öz məkrli planlarını reallaşdırmağa can atırdılar. Amma təbii ki, ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları nəticə vermədi. Bu gün USAID cinayətkar struktur kimi ifşa olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri