Icma.az
close
up
RU
Uşaqlara öpüşlə keçən xəstəlik Onları öpmək olmaz!

Uşaqlara öpüşlə keçən xəstəlik Onları öpmək olmaz!

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlarda yaranan xəstəliklərdən biri də öpüş xəstəliyidir. Uşaqları öpməklə özümüz də bilmədən onları virusa yoluxdurmuş oluruq. Bu xəstəliyin əlamətləri, gedişatı necə olur? Ondan necə qorunmaq olar?

Saglamolun.az e-tibb.az-a istinadən həkim-pediatr Günay Rəsulovanın uşaqlarda öpüş xəstəliyi barədə məqaləsini təqdim edir:

Uşaqları öpməklə keçən bu xəstəlik Epşteyn-Barr adlı bir virus tərəfindən törədilir. Yoluxma tüpürcək vasitəsilə olduğu üçün uşaqları ağızdan və ya ağıza yaxın yerdən öpmək olmaz. İnsanların 95%- bu xəstəliyi keçirir. Bəzi uşaqlarda bu xəstəlik hiss edilmədən keçir, bəzilərində isə ağırlaşmalarla üzə çıxır. Uşağı yoluxduran şəxs adətən saqlam olur. Çünki bu xəstəliyi keçirən şəxsin tüpürcəyində virus 6 ay, bəzən də 1 ilə qədər qala bilir və bu "sağlam" şəxs uşağı öpməklə onu çox ciddi təhlükə ilə qarşı-qarşıya qoyur.

Xəstəliyin əlamətləri:

Virus orqanizmə daxil olduqdan sonra boğazda çoxalır,ordan qan və limfa vasitəsilə bütün orqanizmə yayılır və digər daxili orqanlarda da(qaraciyər, dalaq) infeksiya törədir.

Beləliklə uşaqda

- Boğaz ağrısı

- Qızdırma

- Boyun limfa düyünlərinin, qaraciyərin, dalağın böyüməsi

- Halsızlıq, qarın ağrısı, baş ağrısı və s

Bu sadalanan əlamətlər bütün yuxarı tənəffüs yolu xəstəliklərində görülə bilir, lakin öpüş xəstəliyində əlamətlər daha qabarıq olur, boğaz ağrısı, şiddətli qızdırma -38-38,5 dərəcə 5-10 günə qədər davam edə bilir. Yanaşı olaraq limfa düyünləri, qaraciyər və dalaq da böyüyür.

Yersiz penisillin qrupu antibiotik istifadəsi nəticəsində bədəndə səpgilər əmələ gəlir. Xəstəlik klinik gedişatında bəzən öz-özünə sağalır, bəzən də ağırlaşmalarla üzə çıxa bilir.

Ağırlaşmaları:

- Ensefalit

- Meningit

- Ürək əzələsinin zədələnməsi, miokardit,perikardit.

Xəstəliyin diaqnostikası necə aparılır? Tipik müayinə bulqularına əlavə, qanın ümumi analizi (limfositar leykositoz, trombositopeniya) periferik yaxmada atipik limfositlər və virusun spesifik antitellərinin qanda aşkarlanmasi ilə diaqnoz qoyulur.

Müalicəsi

Spesifik bir müalicəsi yoxdur. Simptomlara yönəlik-qızdırma varsa, qızdırma salıcı vermək, dəstək müalicə yataq istirahəti ilə aparılır. Xəstəlikdən qorunmaq üçün uşaqları öpmək olmaz!

Xüsusilə bağçaya gedən uşaqlar oyuncağı ağıza götürməklə xəstəliyə yoluxa bilər, bundan başqa ağızdan su axan uşaqlar tüpürcəklə asanlıqla digər uşaqlari yoluxdura bilər. Ona görə bu yaşda olan uşaqlarda gigiyenaya xüsusilə riayət edilməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri