Icma.az
close
up
RU
Uşaqların gələcəyi ciddi təhlükədədir PROBLEM

Uşaqların gələcəyi ciddi təhlükədədir PROBLEM

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Texnologiyanın inkişafı ilə mobil telefonlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin nəzarətsiz və həddindən artıq istifadə nəticəsində telefona aludəçilik formalaşır ki, bu da onların psixoloji, sosial və intellektual inkişafına mənfi təsir göstərir. 

Telefondan asılılıq uşaqların gələcəyini, düşüncə tərzini necə dəyişir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirdi ki, uşaqlarda telefona bağlılıq onların həyatına və inkişafına böyük təsir göstərir:

"Şübhəsiz ki, bu təsirlər sosial, psixoloji və intellektual sahələrdə özünü göstərir. Telefonla həddindən artıq vaxt keçirmək uşaqlarda diqqət yayınıqlığına səbəb olur. Belə uşaqlar telefonda istədiklərini tez və asan şəkildə əldə etdikləri üçün, həm hövsələsizlik, həm də fikirlərini bir yerə cəmləyə bilməmə halları ilə qarşılaşırlar. Ümumilikdə desək, ani məlumatlara asan çıxış imkanları fokuslanma bacarığını zəiflədir.

Digər mənfi təsirlərdən biri də təxəyyül gücünün azalmasıdır. Təxəyyül nədir sualına cavab olaraq qeyd edə bilərik ki, əvvəlki dövrlərdə uşaqlar özləri ilə vaxt keçirir, oyuncaqlarla oynayırdılar. Müasir uşaqlar isə təəssüf ki, özləri ilə kifayət qədər vaxt keçirmir, bu da onların özlərini kəşf etməsinə mane olur və intellektual bacarıqlarının inkişafını əngəlləyir. Bundan əlavə, telefon istifadəsi uşaqların ünsiyyət bacarıqlarını da zəiflədir.

Telefonların uşaqlara təsirindən danışarkən ilk olaraq ünsiyyət qabiliyyətinin azalmasını qeyd etmək olar. Uşaqlar ətrafdakı insanlarla ünsiyyət quraraq özlərini tanıyır, ünsiyyət və sosial bacarıqlarını inkişaf etdirirdilər. Lakin uşaqlar restoranlarda, oyun zallarında və ya nəqliyyat vasitələrində daim telefona baxırlarsa, bu zaman ətraf mühiti kəşf etmələri çətinləşir və nəticədə onların sosial inkişafı geriləyir.

Bundan başqa, telefonlar uşaqlarda təklik hissi yaradaraq onları daha tənha hiss etməyə vadar edir və bu da depressiya riskini artırır. Telefonun düzgün istifadə edilməməsi təhsilə də təsir edir. Belə ki, dərslərin nizamlı və məqsədli şəkildə öyrənilməsinə mane olur və bu da ümumilikdə təhsildə geriləməyə səbəb olur".

Psixoloq qeyd etdi ki, əgər telefondan düzgün istifadə edilməzsə, bu, uşaqların gələcəyi üçün ciddi təhlükə yarada bilər.

"Telefon və yeniyetmələr arasında yaranan emosional asılılıq nəticəsində onlarda emosional boşluq yaranır. Uşaqlar və yeniyetmələr telefonu bu boşluğu doldurmaq üçün bir vasitə kimi görürlər. Bu isə onların real həyatda qarşılaşdıqları problemlərlə mübarizə aparmaq bacarıqlarını zəiflədir və nəticədə problemlərə həll yolu tapa bilməmə hallarına səbəb olur.

Nəticə olaraq, telefon düzgün şəkildə istifadə olunarsa, çox faydalı bir vasitəyə çevrilə bilər. Lakin nəzarətsiz və həddindən artıq istifadə olunduqda, çox ciddi mənfi nəticələr doğura bilər", - deyə Nabat Mirzəyeva bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 May 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri