Icma.az
close
up
RU
ÜST rəsmisi: “Dünyada iki vaksin var ki, xərçəng xəstəliyindən qoruyur”

ÜST rəsmisi: “Dünyada iki vaksin var ki, xərçəng xəstəliyindən qoruyur”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Dünyada iki növ vaksin mövcuddur ki, xərçəng xəstəliyindən qoruma qabiliyyətinə malikdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, HPV vaksini ilə bağlı hazırda Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır:

“Bir ildən çoxdur ki, HPV vaksini ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar gedir və müsbət yeniliklər gözlənilir. Bu məsələyə qərar verəcək qurum Səhiyyə Nazirliyidir. HPV çox önəmli vaksindir və təxmin edirəm ki, bir neçə ildən sonra dövlət proqramına daxil olacaq”, - deyə o qeyd edib.

Hande Harmancı həmçinin pandemiyalar və COVID-19 mövzusuna da toxunub. Onun sözlərinə görə, 10-40 ildən bir pandemiyalar baş verir və sonuncusu COVID-19 pandemiyası olub:

“Covid artıq həyatımızda qrip kimi davam edir, amma ağır formada özünü göstərmir. Yenə də diqqətli olmalı və qoruyucu tədbirlərə riayət etməliyik.

İnsanlar tez-tez soruşur ki, maskadan hələ də istifadə vacibdirmi? Əgər özünüzü pis hiss edirsinizsə, ictimai nəqliyyatda maska taxmaqla başqalarını qoruya bilərsiniz. COVID bitməyib və bitməyəcək”.

H.Harmancı bildirib ki, COVID-19 vaksinləri çox sürətli şəkildə hazırlanmasına baxmayaraq, heç bir elmi mərhələ atlanmayıb: “Bu günə qədər həmin vaksinlərin yan təsiri ilə bağlı ciddi məlumat yoxdur. Qrip virusları isə artıq həyatımızın bir hissəsidir və hər il, xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvənd olunmaq tövsiyə edilir”.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri