Ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi qeyd edilib AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, professorlar Qəzənfər Paşayev, Mahirə Nağıqızı, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi böyük töhfələrdən söz açıblar.
Tədbirdə Mikayıl Azaflının qızı Aşıq Gülarə Azaflı Azərbaycanın aşıq sənəti sahəsində göstərdiyi misilsiz xidmətlərinə, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki əvəzsiz töhfələrinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib.
Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə davam edən tədbirdə tanınmış və gənc ifaçılar Mikayıl Azaflı yaradıcılığına müraciət edərək öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















