Icma.az
close
up
RU
Uzaq Şərqdə gərginlik PİK HƏDDƏ Çin müharibə hazırlıqlarına START VERDİ

Uzaq Şərqdə gərginlik PİK HƏDDƏ Çin müharibə hazırlıqlarına START VERDİ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ kəşfiyyatı Çinin Tayvana hücuma hazırlaşdığını iddia edib. Belə ki, ABŞ hərbi kəşfiyyatının “məxfi hesabatı”nda Çin ordusunun Tayvana müdaxilə planları ilə bağlı yeni məlumatlar yer alıb.
Məlumata görə, Pekin bu məqsədlə ölkənin kommersiya bərə donanmasını sürətlə genişləndirir. Xüsusilə bəzi gəmilərin tankların daşınması və amfibiya əməliyyatlarında iştirakı üçün modifikasiya olunduğu bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:
Çindən ABŞ-a XƏBƏRDARLIQ: Tayvan məsələsindən istifadə etmək hüququ yoxdur


Çinin Tayvanla bağlı hərbi əməliyyata başlaması, əvvəlcə MKİ tərəfindən 2027-ci ilə proqnozlaşdırılandan daha yaxın görünür. 
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan üzü bəri Çinin də mövcud vəziyyətdən istifadə edərək, Tayvana müdaxilə edəcəyilə bağlı fikirlər səslənir. Hətta bir müddət tərəflər arasında müəyyən gərginlik də yaşandı.
Düzdür, bu gərginlik hələlik müharibəyə gətirib çıxarmayıb. Amma görünən odur ki, Pekin adanı yenidən özünə qatmaqda israrlıdır və bunun üçün də əlverişli məqamı gözləyir. ABŞ isə Tayvanı ayrıca dövlət kimi tanımasa da, Çinin ora hücum edəcəyinə imkan vermyəcəyini dəfələrlə bəyan edib. Çinin də indiyə qədər məsələyə son qoya bilməməsinin kökündə məhz ABŞ amili dayanır. Çünki ABŞ-ın Tayvanı tək buraxacağı ağlabatan deyil. Belədə isə müharibəyə başlamaqla Pekin birbaşa olmasa da, dolayısı ilə Vaşinqtonla toqquşmalı olacaq.
Lakin buna rəğmən Çinin addımları onun Tayvan məsələsinə son qoymaqda israrlı olduğuna işarə edir. 
Daha bir müharibə ocağı alovlana bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, mövcud durumda Çinlə Tayvan arasında olmaqla yeni bir müharibə ocağının alovlanması ehtimalı sıfıra bərabərdir:

“Çin Tayvan məsələsində israrlıdır, amma hələlik tələsmir. Görünən odur ki, hələlik prosesdə yalnız təzyiq elementlərindən istifadə edilir. Çin Tayvana nəzarəti bərpa etməkdə israrlıdır. Onun addımları da buna hesablanıb. Bununla yanaşı, hələlik real müharibə ehtimalı yoxdur.


Çin məsələdə tələsmir. Onlar hazırda məsələni çözmək üçün gözləmə mövqeyi tutaraq, əlverişli məqam tapmaqla məşğuldurlar. Hazırda isə belə bir məqam yetişməyib. Ona görə də proses sadəcə olaraq, hazırlıqlar üzərində qurulub. Tayvan uğrunda bilavasitə hərbi əməliyyatlara başlamağa isə Pekin tələsməyəcək”.
Rüfət Sultan, Bizim.Media    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri