Icma.az
close
up
RU
“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO

“Üzeyir bəy 140. Tək dahi” adlı layihə təqdim olunub VİDEO FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Yubiley ilinə töhfəni olaraq gənc bəstəkar Rüzgar Əhmədzadə "Üzeyir bəy. 140. Tək dahi." adlı əsərini təqdim edib. Əsər Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə tərəfindən ifa olunub və videolayihə Üzeyir bəyin ev muzeyində lentə alınıb. Ərsəyə gələn işin rejissoru Natiq Muxtarovdur. 

Layihə ilə bağlı fikirlərini bölüşən Rüzgar  Əhmədzadə bildirib ki, əsər Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub. Burada onun musiqisindən sitat gətirilməyib, əksinə - Üzeyir bəyin musiqi dili və üslubundan ilhamlanaraq yazılıb. Kiçik "Rast" girişindən sonra təqdim olunan əsas mövzu əsərin ideyasını açır. Adın seçimi də xüsusi məna daşıyır.

Bəstəkar öncə əsərin tar üçün yazılmasını qərara alıb. Bunun səbəbi tar alətinin "Leyli və Məcnun" operasında təklik və tənhalıq rəmzi kimi təqdim olunmasıdır. Rüzgar Əhmədzadə qeyd edir:

"Dahi - təkcə gözəl incəsənət nümunələri yaradan deyil, millətin gələcəyinə işıq salan şəxsiyyətdir. Buna görə də o, Azərbaycan musiqi tarixində 'tək dahi'dir." Əsərin ifasına gəlincə. Tar üçün yazılmış bu əsəri ifa edən Sahib Paşazadə, Azərbaycan bəstəkarlıq məktəbinə, gənclərə hər zaman göstərdiyi diqqət və dəstəyini bir daha təsdiqləyərək, peşəkarlığı ilə layihəni yüksək səviyyədə ərsəyə gətirib. 

Qeyd edək ki, müasir dövrdə həm ölkəmizdə həm də ölkəmizin hüdudlarından kənarda bəstəkar əsərlərinin ən çox təbliğatçısı və interpretatoru kimi tanınan  Əməkdar artist Sahib Paşazadə əsərə özünəməxsus ifaçılıq üslubu ilə yanaşıb. O, öz ifa tərzinə uyğun olaraq bu əsərdə tar ifaçılığına məxsus maraqlı elementlər və ştrixlərdən geniş istifadə edib. Tarzən layihə haqqında düşüncələrində deyir : "Bəstəkar əsəri mənə təqdim edəndə böyük məmnunluqla qəbul etdim. Tarın imkanlarından geniş istifadə edərək əsəri dahi bəstəkarın ruhuna böyük  sevgi və dərin ehtiramla ərməğan etdik".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri