Üzünüzü hər gün nar şirəsi ilə silin Narın bilmədiyiniz faydaları
Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, nar qocalmanı ləngitmək xüsusiyyətlərə malikdir.
Antioksidant və mikroelementlərlə zəngin olan nar bütün daxili orqan və sistemlərinə müsbət təsir edərək orqanizmdə qocalma proseslərini ləngidir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, diyetoloqun sözlərinə görə, nar ürək və damarları möhkəmləndirir, orqanizmin qanayaratma funksiyasını yaxşılaşdırır, immuniteti möhkəmləndirir.
Savitskayanın sözlərinə görə, nar sağlam şəkildə arıqlamağa kömək edir, hüceyrələri yeniləyir, insanın xarici görünüşünü yaxşılaşdırır.
Narın tərkibində olan polifenol maddələri beyinin sağlamlığını qoruyur, yaddaşı yaxşılaşdırır.
Mütəxəssis narın dəriyə olan faydasını da vurğulayıb. Üz dərisini hər gün nar şirəsi ilə silmək çox yaxşı cavanlaşdırırcı təsir edir, dərini daha təravətli və dartılmış edir.
Dəriniz qurudursa 1 x.q. nar şirəsini 1 çay qaşığı zeytun yağı və ya qaymaqla qarışdırın. Dəriniz yağlıdırsa 1 x.q. nar şirəsini yumurta ağı ilə qarışdırıb üzünüzə çəkin. Belə maskaları müntəzəm olaraq etmək olar.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Noyabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















