Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək
Cebhe info az-dan verilən məlumata əsasən, Icma.az bildirir Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.
TASS xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
"Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq", - məlumatda qeyd olunub.
Bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.
Bundan əlavə, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən parlament xətti üzrə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət müzakirə olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)